“Azərbaycanın hər hansı ölkədən internet trafikinə görə asılılığı yoxdur”-Açıqlama

03-11-2016 / 17:36

"İnternetlə təminat məsələsində isə Delta TelecomLTD MMM İran ərazisində fəaliyyət göstərən yerli internet operatorları ilə qarşılıqlı əməkdaşlıq edərək İİR-in internet trafiki ilə təmin olunmasının əhəmiyyətli hissəsini həyata keçirir və bu əməkdaşlığın artırılmasında maraqlıdır".

Xeberler.az-ın məlumatına görı, bu açıqlama ilə haqqin.az və virtualaz.org saytlarının Azərbaycan rabitəsinin 100%-inin İran ərazisindən həyata keçirilirməsi barədə yaydıqları məlumatlara münasibət bilidrən  Delta Telecom LTD MMM şirkəti çıxış edib: 

"Son günlər haqqin.az və virtualaz.org informasiya agentliklərinə istinad etməklə bəzi informasiya agentliklərində Azərbaycan rabitəsinin 100%-inin İran ərazisindən həyata keçirilirməsi barədə yanlış Informasiya yayılmışdır. Yayılan məlumatlarda haqqın.az İranın MNA agentliyinə istinad edərək xəbər verir ki, bu ölkənin rabitə nazirinin müavini Cavad Azəri Cahromi belə bir bəyanatla çıxış edib.

(http://en.mehrnews.com/news/120995/Iran-smart-filters-95mn-explicit-contents-on-Instagram)

Nəzərinizə çatdırırıq ki, İran Rabitə nazirliyinin və şəxsən cənab Cahrominin Azərbaycan tərəfi ilə həmişə isti münasibətləri mövcud olub və bu gündə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.

Diqqətinizə çatdırırıq ki, cənab Cavad Azəri Cahromi müsahibəsində İranda son zamanlar internetin inkişafı məsələlərindən danışmış, qonşu ölkələrlə bu istiqamətdə geniş layihələr həyata keçirildiyini vurğulamış və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-in rabitəsinin 100% həcmi İran ərazisindən keçən rabitə kanalları ilə verildiyini bildirmişdir.

Bildiririk ki, Ermənistan respublikası ilə həmsərhəd ərazidə yerləşən Naxçıvan MR 90-cı illərdən başlayaraq ermənilər tərəfindən bütün sahələrdə olduğu kimi rabitə sahəsində də blokadada saxlanıldığını nəzərə alsaq Muxtar Respublikanın rabitə ilə təminatının ən qısa və keyfiyyətli yolu İran ərazisindən keçən rabitə kanallarıdır. Rezerv olaraq isə Naxçıvan MR digər istiqamətdən rabitə ilə təmin olunur ki, bu da birbaşa İrandan asıllığı aradan qaldırır.

İnternetlə təminat məsələsində isə  Delta TelecomLTD MMM İran ərazisində fəaliyyət göstərən yerli internet operatorları ilə qarşılıqlı əməkdaşlıq edərək İİR-in internet trafiki ilə təmin olunmasının əhəmiyyətli hissəsini həyata keçirir və bu əməkdaşlığın artırılmasında maraqlıdır. 

Bir daha qeyd edirik ki, haqqın az və virtualaz.org sayıtlarında yayılmış məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunan saytlardan internetin İrandan tranzit olunması ilə bağlı Delta Telecom LTD MMM-ə şifahi və ya yazılı formada hər hansı müraciət daxil olmamışdır. 

Sonda bir daha informasiya agentliklərinə bu cür məsələlərdə diqqətli olmağı və Respublikamızın mövcud geosiyasi vəziyyətini nəzərə alaraq yanlışlıqlara yol verməməyi xahiş edir və əmin edirik ki, Azərbaycan Dövlətinin hər hansı bir ölkədən internet trafikinə görə 100% asıllığı yoxdur". 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə