Previous Next
Bağla

Azərbaycanla İran arasında Dövlət Komissiyasının 15-ci iclası keçirilib

12-03-2022 09:45
Azərbaycanla İran arasında Dövlət Komissiyasının 15-ci iclası keçirilib

Martın 11-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasiminin həmsədrliyi və hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.

Xeberler.az məlumat verir ki, Dövlət Komissiyasının iclasında iki ölkə arasında əlaqələrin dostluq, mehriban qonşuluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib.

Cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulandı. Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirilib.

İki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 30% artdığı vurğulandı, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Birgə sənaye-investisiya layihələrinin əhəmiyyəti qeyd edilərək müxtəlif sahələrdə müştərək istehsal müəssisələrinin yaradılması üçün perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirilib, iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70% artdığı xüsusi vurğulanıb.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq həm Azərbaycanın, həm də İranın bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərdiyi bildirilib.

Eyni zamanda bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Bu baxımdan iki ölkə arasında bu gün imzalanacaq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb.

Həmçinin İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işə başlamalarından məmnunluq ifadə olunub.

Neft-qaz sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, Türkmənistan qazının İran üzərindən Azərbaycana tranzitinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Elektroenergetika sahəsində əməkdaşlığın nəticələri təqdir edildi, iki ölkənin enerji sistemləri arasında elektrik enerjisi mübadiləsinin uğurla həyata keçirildiyi bildirildi. Azərbaycan, İran və Rusiya arasında enerji dəhlizinin yaradılması layihəsi üzrə müvafiq işlərin davam etdiyi qeyd olunub.

İclasda Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olundu. Həmçinin, Astaraçay üzərində yeni avtomobil və piyada yolu körpüsünün, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi, digər birgə layihələrin icra vəziyyəti, həmçinin gündəlikdə duran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tərəflər arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının Protokolu imzalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb

14-09-2020

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016

Azərbaycanla İran arasında IKT sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

15-12-2014

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlər müzakirə edilib

08-12-2021

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

27-12-2016

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

21-04-2016

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022

İKT əməkdaşlığına dair müzakirələr aparılıb

18-05-2019

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022

İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-04-2016

RYTN ilə İran arasında əməkdaşlıq memorandumu təsdiq edilib

05-10-2016

Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

24-02-2026

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019

Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

04-12-2025

“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

13-05-2015

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29-11-2016

Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

22-06-2022

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

03-02-2022

İranın Rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir

01-08-2016

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə