Previous Next
Bağla

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016 11:00
Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

Azərbaycanın bir sıra KİV-də və sosial şəbəkələrdə ölkənin internet təminatında və milli serverlərdə dünən qısamüddətli fasilələrlə kəsintilər yaranması ilə bağlı məlumatlar yayımlandı.

Qeyd edildi ki, , 03.08.16 tarixdə ölkənin internet təminatında və milli serverlərdə qısa müddətli fasilələrlə kəsintilər yaranıb.

Xeberler.az bildirir ki,  Delta Telecom məsələ ilə bağlı açıqlama yayıb.

Azərbaycanın bir sıra KİV-də və sosial şəbəkələrdə ölkənin internet təminatında və milli serverlərdə dünən qısamüddətli fasilələrlə kəsintilər yaranması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu, Delta Telecom Ltd. MMM-in məsələ ilə bağlı açıqlamasında bildirilib.

Şirkət qeyd edib ki, göstərilən müddətdə və hazırda Delta Telecom müştərilərini sabit və davamlı internet xidməti ilə təmin etməkdədir. 

"Təxirəsalınmaz profilaktik tədbirlərin həyata keçirilməsi zamanı rezervlənməmiş xətlərdən istifadə edən müştərilərdə yaranan kiçik problemlər olub ki, bunun məsuliyyətini müəssisəmiz daşımır və bu problemlər artıq axşam saatlarında aradan qaldırılıb. Əgər hər hansı bir müştəri götürdüyü xidməti və ya istifadə etdiyi avadanlığı rezervləmirsə, müxtəlif səbəblərdən, eləcə də profilaktik tədbirlərin keçirilməsi zamanı xidmətin qısamüddətli dayanması labüddür. Delta Telecom”olaraq bildiririk ki, xidmətdə yaranan fasilə ilə bağlı gün ərzində hər hansı bir mətbuat vasitəsi, rəsmi və ya özəl qurumdan sorğu daxil olmayıb", - deyə şirkətin məlumatında bildirilib.

Delta Telekom LTD– nin daxili xidmət rəhbəri Anar Gülməmmədov   isə açıqlamasında bildirib ki, ötən gün  ölkədə internet kəsilməsi olmayıb:

“Delta Telecom-da internet kəsilməsi ilə bağlı söhbət gedə bilməz. Sadəcə təxirəsalınmaz işlərin yerinə yetirilməsi ilə bağlı profilaktik işlər görülüb. O da bəzi serverlərdə dayanmaya səbəb olub. Amma internetin kəsilməsi ümumiyyətlə olmayıb”.

A.Gülməmədov qeyd edib ki, dünən internet kəsilməsini ola bilsin ki, kimsə qeydə ala bilər: “Bu da sırf rezervsiz işləyən müştərilər ola bilər. Məlumdur ki, internet rezervli olmalıdır. Bir tərəf dayananda, digərindən götürüb işləyə bilsin. Rezervsiz işləyirsə bunun günahı Delta Telecom-da deyil”.

Qeyd edək ki, Azərbaycan İnternet-Forumunun prezidenti Osman Gündüz dünən ölkədə internetin kəsilməsi barədə məlumat yayıb. O qeyd edib ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr yaranıb və Delta Telecom – un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb.

“İnternet təminatı qısa müddətdə həll olunsa da əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb. Delta Telecom şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla , həmdə kommersiya şərtləri ilə öz Data Mərkəzində saxlayır. Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki problemlər Delta Telecom-un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir”.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

“Delta Telecom” Azərbaycan saytlarının yarısından çoxunu artıq Milli Data Mərkəzinə köçürüb

10-04-2014

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Delta Telecom data-mərkəzin yaradılması işini yekunlaşdırır

09-06-2009

Azərbaycanda internet bərpa olunub- Əlavə edilib

17-11-2015

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

27-02-2009

Azərbaycanda bütün rəsmi saytlar dayandı

25-09-2018

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

RYTN Delta Telecom -da baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

17-11-2015

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

07-12-2015

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

Delta Telecom 24,6 milyon dollar həcmində LTE avadanlıq alır

26-12-2015

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017

Delta Telecom-dakı yanğının prezidentin ölkədə olmadığı zaman baş verməsi təsadüfdürmü?

24-12-2015

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə