Azərbaycanın ilk qadın radiosu “Lady Radio”

16-02-2011 / 14:20

Azərbaycanda ilk qadın radiosu “Lady Radio” 

Azərbaycanda qadınlar üçün ilk radio fəaliyyətə başlayır. “Lady Radio” nun rəsmi açılışı 8 mart 2011 – ci ilə planlaşdırılır. Radio internet üzərindən ladyradio.az ünvanı ilə yayımlanacaq. Hazırda radio test rejimində fəaliyyət göstərir. Radionun əsas məqsədi qadınları maraqlandıran mövzuları əhatə edərək onları maarifləndirmək, əyləndirmək və məlumatlandırmaqdır. Radio ilə paralel bu ünvanda portal da yer alır.

 

Portalda “uğur düsturu”, “ femida”, “ məişət”, “körpəm”, “relax”, “siluet” kimi bölmələrdə qadınlara maraqlı və lazımlı məlumatlar təqdim olunacaq. Radio və portal öz fəaliyyətini psixoloq, hüquqşünas, həkimlərlə birgə quracaq və qadınlar onları narahat edən sualları həmin mütəxəsislərə ünvanlaya biləcəklər. Ayda bir dəfə isə radionun əməkdaşları qadınları “Lady club”a qonaq edəcək.

 

Burada müxtəlif sferalardan qadınlar bir-birləri ilə həmsöhbət olub, problemlərini bölüşəcək, birgə həll yolları axtaracaqlar. Həmçinin əylənib, dincələcəklər. Bütün qadınları bu ünvanda toplaşmağa dəvət edirik. Peşman olmayacağınıza əminik.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə