“AI dövründə stablecoin istifadəsi” mövzusunda görüş keçirildi

22-04-2026 / 23:07

Azərbaycan Texniki Universiteti (AzTU) nəzdində fəaliyyət göstərən İnkubasiya Mərkəzində “Blockchain Azərbaycan” Mərkəzi ilə birgə təşkil olunan “AI dövründə stablecoin istifadəsi” mövzusunda görüş keçirilib.

Xeberler.az bildirir ki, tədbir süni intellekt və AI agentlərinin sürətlə inkişaf etdiyi şəraitdə stablecoinlərin maliyyə sistemində rolu, tətbiq imkanları və gələcək perspektivlərinə həsr olunub. Görüş çərçivəsində iştirakçılar real nümunələr əsasında stablecoinlərin AI sistemlərində istifadəsi, avtomatlaşdırılmış ödəniş mexanizmləri və rəqəmsal iqtisadiyyatda yeni yanaşmalar barədə məlumatlandırılıb.

Tədbirin açılışında AzTU rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, İnkubasiya Mərkəzinin Məsləhət Şurasının sədri və “Blockchain Azərbaycan” Mərkəzinin üzvü Osman Gündüz çıxış edərək süni intellekt və blokçeyn texnologiyalarının sinerjisi, bu sahədə yaranan yeni imkanlar və innovasiya ekosistemindəki rolu barədə fikirlərini bölüşüb.

Daha sonra “Blockchain Azərbaycan” Mərkəzinin üzvü Orxan Əhmədov (BonPara, CInS, AInA layihələrinin təsisçisi) fintech, süni intellekt və blokçeyn texnologiyalarının inteqrasiyası, stablecoinlərin real biznes modellərində tətbiqi və bazar imkanları ilə bağlı təqdimat edib.

Tədbirdə həmçinin “Blockchain Azərbaycan” Mərkəzinin üzvləri Elnur Quliyev, Elşad YusifliSənan Həsənov çıxış edərək kripto aktivlər bazarının inkişafı, stablecoinlərin praktik istifadəsi və bu sahədə mövcud çağırışlar barədə ətraflı məlumat veriblər.

Görüş banklar, ödəniş təşkilatları, kripto aktivlər sahəsində fəaliyyət göstərən şirkətlər və startap nümayəndələrini bir araya gətirərək həm bilik mübadiləsi, həm də yeni əməkdaşlıqların qurulması üçün platforma rolunu oynayıb.

Sonda iştirakçılar arasında müzakirələr aparılıb, sual-cavab sessiyası çərçivəsində mövzu ilə bağlı müxtəlif yanaşmalar və praktiki təkliflər səsləndirilib. Tədbirin həm nəzəri, həm də praktiki baxımdan iştirakçılar üçün faydalı olduğu qeyd olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə