SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.
Dövlət Vergi Xidmətinin rəqəmsal ekosistemində edilən dəyişikliyə əsasən, e-taxes.gov.az portal fəaliyyətini dayandırıb. Artıq bütün elektron vergi xidmətləri new.e-taxes.gov.az platforması üzərindən təqdim olunacaq. Yeni portalın əsas üstünlüyü “SİMA İmza” ilə də girişin mümkünlüyüdür.
Hazırda SİMA rəqəmsal imza ilə portaldakı bütün əsas vergi xidmətləri əlçatandır. İstifadəçilər “SİMA İmza” mobil tətbiqini yükləyib, qeydiyyatdan keçməklə dərhal biznes imzası əldə edə və 100-dən artıq xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, istifadəçilər “SİMA İmza” tətbiqində biznes imzası əldə edən zaman 6AYPULSUZ promokodunu yazmaqla ilk 6 ay ərzində elektron imzadan tamamilə ödənişsiz istifadə edə bilər. Daha sonra abunəliyi istəyə görə, aylıq 2.40 AZN, 1 illik 25 AZN, 3 illik isə 55 AZN-ə yeniləmək mümkündür. Tariflərdə heç bir əlavə ödəniş və gizli xərc yoxdur.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6 milyondan çoxdur. Rəqəmsal imzanı hər hansı xidmət məntəqəsinə getmədən və fiziki daşıyıcıya ehtiyac olmadan mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları