Beynəlxalq “İKT-də Qızlar” Günü Bakıda qeyd olunub

23-04-2026 / 13:00

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) təşəbbüsü və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə 23 Aprel - Beynəlxalq "İKT-də Qızlar" Günü ilə əlaqədar “Kibertəhlükəsizliyin əsasları: Təhdid, Müdafiə və Karyera” mövzusunda tədbir təşkil olunub.

Xeberler.az məlumat verir ki, tədbir çərçivəsində ETX-nin əməkdaşları kibertəhdidlərin növləri, fərdi və korporativ səviyyədə müdafiə üsulları, eləcə də kibertəhlükəsizlik sahəsində karyera imkanları barədə iştirakçıları məlumatlandırıblar. İştirakçılar interaktiv müzakirələrdə fəal iştirak edərək suallarını ünvanlayıb və praktiki biliklər əldə ediblər.

Tədbirin əsas məqsədi gənclər, xüsusilə qızlar arasında İKT sahəsinə marağı artırmaq, kibertəhlükəsizlik üzrə bilik və bacarıqları təşviq etmək və bu istiqamətdə karyera imkanları barədə məlumat verməkdən ibarət olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə