Previous Next
Bağla
REKLAM YERİ

Ümumdünya Radio Günü qeyd edilir

13-02-2016 12:00
 Ümumdünya Radio Günü qeyd edilir

 Bu tarix 1946-cı il fevralın 13-də BMT radiosu-nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.

Xeberler.az Report-a istinadən məlumat verir ki, bununla bağlı BMT-nin baş katibi Pan Gi Mun müraciətində qeyd edib ki, 100 il bundan əvvəl icad edilən radio bütün dünyanı əyləndirir və məlumatlandırır, eləcə də demokratik islahatların təşəkkülünə kömək edir.

“Hər il BMT radiosu 1200-dən çox sənədli, informasiya və redaksiya materialının simsiz yayımını həyata keçirir”, - BMT baş katibi bildirib.

O, bütün dünyanı bu əlamətdar gündə radionun gücünü xatırlamağa və birgə səylərlə beynəlxalq ictimaiyyəti hamı üçün sülh, inkişaf və insan hüquqlarına əməl etməyə çağırıb.

“Qısadalğalı tezlikdən modullu tezliyədək, hazırda isə peyk yayımı daxil olmaqla, radio insanların harada olmasından asılı olmayaraq onları birləşdirir”, - Pan Gi Mun bildirib.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, dünya ölkələrində ailələrin 75 faizdən çoxu ən azı bir radioqəbulediciyə malikdir. Zaman ötdükcə daha çox insan genişzolaqlı internet vasitəsilə radiodan informasiya və kommunikasiya mənbəyi kimi istifadə edir.

Təşkilat nümayəndələri qeyd edirlər ki, BTİ radio verilişlərindən istifadəni genişləndirməyə çalışır və rəqəmli radio platformaları üçün standartları inkişaf etdirir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Ümumdünya Radio günüdür

13-02-2015

Heydər Əliyev Mərkəzi mavi rənglə işıqlandırılacaq

20-10-2015

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

BMT: “Ötən əsrdə repressiv dövlətlər çap maşını olanları izləyirdi, bu gün interneti bağlayırlar”

21-05-2015

“Elm və texnologiyalar davamlı inkişafın aparıcı qüvvəsidir”

07-06-2016

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13-09-2023

Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri Bakıya gəlib

28-06-2022

13 Fevral Ümumdünya Radio Günüdür

13-02-2025

“Araz” radiosu fəaliyyətə başlayacaq

05-02-2011

Yeni informasiya texnologiyaları dövründə poçtun rolu müzakirə edilir

14-04-2015

Cenevrədə Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir

03-11-2015

BMT idarələri kibertəhlükələrə qarşı birləşəcək

22-05-2011

Yeni radio sabahdan yayıma başlayır

09-02-2009

Ölkələrin rəqəmli yayıma keçidinə həsr edilən simpozium keçiriləcək

02-06-2015

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2024

Azərbaycan Cenevrədə “Transmilli Super İnformasiya Magistralının” təqdimatını keçirib

07-10-2009

Radioda FM kanal yayımı sona çatır

28-04-2015

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

Azərbaycanın ilk qadın radiosu “Lady Radio”

16-02-2011

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə