Previous Next
Bağla

Azərbaycanda internetin əsas problemi: yüksək qiymət və seçim azlığı

22-04-2026 19:18
Azərbaycanda internetin əsas problemi: yüksək qiymət və seçim azlığı

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə internetlə bağlı prioritetlərin düzgün müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Xeberler.az məlumat verir ki, ekspert sosial media hesabında paylaşım edərək bildirib ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən internet sürətinin artımı ilə bağlı açıqlanan hesabatlar müsbət məqamları əks etdirsə də, hazırkı mərhələdə əsas prioritet bu istiqamət olmamalıdır.

Onun sözlərinə görə, son illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Aztelekom tərəfindən həyata keçirilən infrastruktur layihələri nəticəsində yüksək sürətli internetə çıxış problemi böyük ölçüdə həll olunub. Bu səbəbdən “internet sürətini necə artırmaq olar” sualı artıq əvvəlki qədər aktual deyil.

Osman Gündüz qeyd edib ki, hazırda istifadəçiləri daha çox narahat edən məsələlər internet xidmətlərinin qiymətinin yüksək olması, tələbata uyğun tarif seçimlərinin məhdudluğu, bəzi ərazilərdə rəqabətin zəifliyi, real sürətin vəd edilən göstəricilərlə uyğun gəlməməsi, eləcə də tez-tez baş verən kəsintilər və ümumi xidmət keyfiyyətidir.

Ekspert xüsusilə mobil internet tariflərinin artımına diqqət çəkərək bildirib ki, bu məsələ ilə bağlı İKTA tərəfindən indiyədək konkret mövqe ifadə olunmayıb.

Bundan əlavə, o vurğulayıb ki, dövlət operatoru Aztelekom minimal 25 manatlıq tarif siyasətində israr edir və istifadəçilərə alternativ seçim imkanları təqdim etmir.

Ekspertin fikrincə, mövcud şəraitdə beynəlxalq reytinqlərdə irəliləyişin təşviqinə və bu istiqamətdə xarici qurumlara vəsait ayrılmasına deyil, resursların birbaşa abonentlərin xeyrinə yönəldilməsinə ehtiyac var.

Sonda Osman Gündüz qeyd edib ki, əsas diqqət internet sürətinin artırılması yarışına deyil, ədalətli qiymətlərin formalaşdırılmasına, seçim azadlığının təmin olunmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

10-03-2025

"Ookla Azərbaycandan nə istəyir?" – konsaltinq xidməti, yoxsa data - Ekspert

24-06-2025

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

23-02-2026

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Ekspert: Pensiyaçı da, 5-10 min maaş alan da internetə eyni qiyməti ödəyir

25-09-2025

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022

Azərbaycanda internetin sürəti zəifləyib?

03-09-2019

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

18-07-2025

“Aztelekom” ADSL tariflərinin endirimini planlaşdırır

25-05-2010

Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

19-07-2023

RİNN yanında İctimai Şuranın üzvləri Aztelecom rəhbərliyi ilə görüşüb

24-08-2022

Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

14-01-2021

Ekspert: Bölgələrdə internetden imtina edənlər barəsində statistika indiyədək açıqlanmayıb

12-09-2024

Azərbaycanda fiber-optik internetin əhatə dairəsi açıqlanıb

22-05-2025

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə