Previous Next
Bağla

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

01-06-2026 14:44
Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Müasir dövrdə ölkələrin kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyəsinin beynəlxalq standartlar əsasında qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. e-Governance Academy (eGA) beynəlxalq səviyyədə kibertəhlükəsizliyi qiymətləndirən nüfuzlu qurumlardan biridir. Bu qurum 2002-ci ildə Estoniya Hökumətinin Açıq Cəmiyyət İnstitutu (Open Society Institute, OSI) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (The United Nations Development Programme, UNDP) birgə təşəbbüsü əsasında təsis edilib.

Xeberler.az bildirir ki, İnstitutdan verilən məlumata görə, eGA tərəfindən hazırlanmış National Cyber Security Index (NCSI) əsasında hər il ölkələrin kibertəhlükəsizlik səviyyəsinin monitorinqi aparılır, hesabatlar hazırlanır. Qiymətləndirmə kibertəhlükəsizlik siyasəti, kibercinayətkarlıqla mübarizə, risklərin idarə olunması, kiberinsidentlərə cavabvermə, təhsil, tədqiqat, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq da daxil olmaqla 3 indikator, 12 əsas meyar üzrə həyata keçirilir. Bu il də NCSI əsasında ölkələrin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsi müxtəlif indikatorlar üzrə qiymətləndirilib və beynəlxalq reytinq elan edilib.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda sözügedən reytinq və Azərbaycanın bu qlobal reytinqdə mövqeyinə dair geniş müzakirələr aparılıb.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev bildirib ki, indeksin əsaslandığı 3 indikator, 12 meyar, eləcə də həmin meyarları təşkil edən alt göstəricilərin hər biri ayrı-ayrılıqda təhlil edilib. Onun sözlərinə görə, Azərbaycan bu indeks üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Belə ki, son reytinq nəticələrinə əsasən, Azərbaycan 2023-cü il ilə müqayisədə 55 pillə irəliləyərək 145 ölkə arasında 31-ci yerdə qərarlaşıb. Reytinq cədvəlində 30-cu yerdə ABŞ, 32-ci yerdə isə Birləşmiş Ərəb Əmirlikləri yer alır. Eyni zamanda, Koreya Respublikası 33-cü, Yaponiya 35-ci, Niderland 36-cı yerdə təmsil olunur.

Bundan əlavə, aparılan qiymətləndirmələr göstərib ki, Azərbaycan elm və təhsil, eləcə də müvafiq sahədə kadr hazırlığı ilə bağlı alt göstəricilər üzrə müəyyən edilmiş bütün tələblərə tam cavab verərək maksimal nəticə əldə edib və 100 bala layiq görülüb.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mövzu ilə bağlı fikirlərini bölüşərək bildirib ki, əldə olunan nəticələr Azərbaycanda kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin uğurla həyata keçirildiyini, milli maraqlara xidmət edən prioritet istiqamətlərdə elmi tədqiqatların aparıldığını və əldə olunan mühüm nəticələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha sübut edir: “Eyni zamanda, bu göstəricilər ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasını, yüksəkixtisaslı kadrların hazırlanmasını, kibersuverenliyə dair tədqiqatların genişləndirilməsini, milli kibertəhlükəsizlik indeksinin yaradılmasını və cəmiyyətin bütün sektorlarını əhatə edən kibertəhlükəsizlik səviyyəsinin sistemli şəkildə qiymətləndirilməsini zəruri edir”.

Akademik Rasim Əliquliyev, həmçinin qeyd edib ki, dövlət başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya” ölkəmizdə kibertəhlükəsizlik sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə və nailiyyətlərin qazanılmasına böyük təkan verib: “Daha yüksək nəticələrin əldə olunması üçün qarşımızda duran yeni vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, bu istiqamətdə davamlı inkişafın təmin edilməsi məqsədilə elmi dəstəyi gücləndirilməliyik”.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Əli Nağıyev: Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib

Əli Nağıyev: Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib

24-10-2023
Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

06-05-2026
Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

03-11-2021
Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

03-11-2021
Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

03-07-2025
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024
Kibertəhlükəsizliyi ən güclü ölkə hansıdır?

Kibertəhlükəsizliyi ən güclü ölkə hansıdır?

20-06-2017
Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026
Azərbaycanda Kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlanır

Azərbaycanda Kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlanır

05-09-2018
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir

Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir

01-07-2021
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023
Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

05-05-2026
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə