Azərbaycan beynəlxalq kibertəhlükəsizlik reytinqlərində mühüm irəliləyiş əldə edib. Nüfuzlu qlobal kiber indeks – National Cybersecurity Index üzrə 2025–2026-cı illəri əhatə edən yeni nəticələrə əsasən, ölkə 21 pillə yüksələrək 52-ci yerdən 31-ci yerə qalxıb. Ümumi bal isə 75.83-dən 83.33-ə çatıb.
Xeberler.az məlumat verir ki, 145 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi hesabatda Azərbaycanın nəticələri region ölkələri ilə müqayisədə də diqqət çəkir. Belə ki, BƏƏ 32-ci, Qazaxıstan 51-ci, Türkiyə 56-cı, Gürcüstan 63-cü, Ermənistan isə 95-ci yerdə qərarlaşıb. Azərbaycan bir çox region ölkəsini geridə qoyaraq mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz sosial media hesabında paylaşım edib. O qeyd edib ki, ölkənin bu irəliləyişi son illərdə kibertəhlükəsizlik sahəsində aparılan sistemli islahatların nəticəsidir. Xüsusilə hüquqi bazanın gücləndirilməsi, institusional strukturun inkişafı və əməli fəaliyyətin genişləndirilməsi bu yüksəlişdə əsas rol oynayıb.
Ekspertlərin fikrincə, bu uğurda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən son 3–4 ildə həyata keçirilən sistemli fəaliyyət xüsusi əhəmiyyət daşıyır. DTX-nın kibertəhlükəsizlik sahəsinə aktiv şəkildə cəlb olunması, eləcə də Milli Kibertəhlükəsizlik Mərkəzinin formalaşdırılması sektorun inkişafına ciddi təkan verib.
Bununla yanaşı, Azərbaycanın kibercinayətkarlığa qarşı qlobal konvensiyanın hazırlanmasında fəal iştirakı və bu sənədi qəbul edən ilk ölkələrdən biri olması da diqqət çəkən məqamlardandır. Elektron sübutlarla bağlı hüquqi mexanizmlərin gücləndirilməsi isə reytinqdə dönüş yaradan addımlardan hesab olunur.
Son illərdə dövlət qurumlarının informasiya təhlükəsizliyinin qorunması, kritik infrastrukturun müdafiəsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Eyni zamanda kibergigiyena və maarifləndirmə fəaliyyətlərinin artırılması, real vaxt rejimində əməkdaşlıq mexanizmlərinin qurulması da müsbət təsir göstərib.
Osman Gündüz bildirib ki, National Cyber Security Organisation (NCSO) resursuna əsasən, hazırda Azərbaycan üzrə bu qurumla əsas əlaqələndirici şəxslər Elvin Balacanov və Lalə Kərimovadır. Onlardan biri Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Xidmətini, digəri isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini təmsil edir.
Məlumatlara görə, Elvin Balacanov son illərdə xüsusilə reytinq indikatorlarının yenilənməsi və aktuallaşdırılması prosesində fəal iştirak edib və bu istiqamətdə mühüm töhfələr verib.
Ümumilikdə, Milli Kibertəhlükəsizlik Mərkəzinin bu sahədə həyata keçirdiyi fəaliyyət və göstərdiyi səylər təqdirəlayiq hesab olunur.
Bildirilib ki, təhsil sahəsində də mühüm addımlar atılıb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən onlayn təhlükəsizlik bacarıqlarının kurikuluma daxil edilməsi, eləcə də ali təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə ixtisaslaşmış strukturların yaradılması kadr hazırlığına töhfə verib.
Sonda ekspert qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən beynəlxalq tərəfdaşlarla, o cümlədən İsrailin nüfuzlu Technion Universiteti ilə həyata keçirdiyi layihələr də sektorun inkişafına dəstək olub.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları