Previous Next
Bağla

Milli Net Təşkilat Komitəsinin açıqlaması

06-12-2011 17:58
Milli Net Təşkilat Komitəsinin açıqlaması

Milli Net Təşkilat Komitəsi bildirir ki, 1-ci mərhələ səsvermənin başa  çatması və Nominantların seçilməsindən sonra  bəzi  iştirakçılar tərəfindən müəyyən narazılıqlar edilib və şikayətlər daxil olub.
İndiyədək  Milli Net TK-ya cəmi 4 şikayət və müraciət  daxil olub. Həmçinin bir neçə nəfər iştirakçı sosial şəbəkələrdə Müsabiqənin 1-ci mərhələsinin yekunu ilə bağlı  öz iradlarını və narazılıqlarını  bildiriblər.

Şikayətlərdə və narazılıqlarda əsasən səsvermənin düzgün keçirilməməsi, ədalətsiz olması, öz saytlarının  nə üçün Nominant olmaması və s. bu kimi müddəalar irəli sürülüb. Hətta TK üzvlərini qeyri obyektivlikdə və tərəfkeşlikdə günahlandırmaq cəhdləri də özünə yer alıb.

Bunlarla bağlı Milli Net TK bir daha  bildirir ki, TK Müsabiqənin təşkili ilə bağlı işləri görür. TK eyni zamanda istifadəçilərin və iştirakçıların Müsabiqədə daha fəal, rahat və effektiv formada iştirakı üçün şəraitin yaradılması , şəffaflığın təmin edilməsi , Müsabiqənin bütün mərhələləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyət  göstərir. Və  nəhayət  TK Müsabiqəyə təqdim olunan resursların Müsabiqəyə qəbul edilməsi prosesini həyata keçirir.

Milli Net TK  bir daha bəyan edir ki Müsabiqədə səsvermənin   hər iki mərhələsi üzrə səsvermə  yalnız və yalnız  Münsiflər Heyətinin üzvləri tərəfindən Əsasnaməyə uyğun formada həyata keçirilir. Münsiflər Komissiyası  AİF tərəfindən 3  istiqamət  üzrə formalaşdırılır. Hər müsabiqədə Münsiflərin bir hissəsi yeniləşdirilir. AİF Münsiflərin daha peşəkarlardan  təşkil olunması istiqamətində çalışır və yeni Münsiflər seçir.  AİF hər  zaman bu istiqamətdə irəli sürülən bütün təklifləri qəbul etməyə hazır olduğunu bildirib.

Beləliklə bir daha diqqətinizə çatdırırıq ki, Münsiflər səsvermədə tam müstəqildirlər və TK onların səsvermə prosesinə heç bir müdaxilə etmir. TK yalnız səsvermə prosesinin gizli , şəffaf , çevik və ədaləti formada keçirilməsi üçün zəruri olan tədbirləri görür.

Səsvermənin nəticəsi 3 istiqamət üzrə  15 nəfərdən ibarət olan Münsiflərin subyektiv mülahizələrinin, baxışlarının,  təfəkkürünün məhsuludur və TK bunu tam dəstəkləyir.

TK eyni zamanda daha mütərəqqi və müsbət səsvermə texnologiyaları ilə bağlı, peşəkar Münsiflər Heyətinin formalaşdırılması ilə bağlı Təklifləri dinləməyə hazır olduğunu bəyan edir.
 Mövcud səsvermə prosedurası haqqında  geniş məlumat “Tez-tez  verilən suallar” bölməsində də izah edilib.
 
TK bir daha bəyan edir ki , səsvermə 3 istiqamət  üzrə ayrı-ayrı Münsiflər tərəfindən aparılır. Müşahidələrə əsaslanaraq TK  bəyan edir ki, hansısa yalnız  bir  istiqamət  üzrə ( kontent, dizayn  və texnoloji) həqiqətən də müəyyən üstünlüyə malik olan resursda digər istiqamətlər  zəif olduğundan toplam olaraq nəticələr yüksək olmaya bilir. Bu səbəbdən də  güman ki , bəzən müxtəlif istiqamətlər üzrə orta göstəricilərə malik resurslar daha üstün vəziyyət  əldə edirlər.
Milli Net TK Müsabiqənin ilkin nəticələrindən bəzi narazılıqları anlaşıqla qarşılayır. Təbii  ki , hər bir yarışmada qaliblər  az,  yetərli uğur qazanmayanlar isə hədsiz çox olur. TK Müsabiqənin ilkin nəticələri ilə bağlı  səmərəli Təklifləri diqqətlə nəzərdən keçirir və gələcək fəaliyyətdə nəzərə alınması üçün AİF in toplantısında müzakirəyə çıxarılmasını nəzərdə tutur.

Eyni zamanda TK bəzi iştirakçılar tərəfindən  dözümsüzlük və səbirsizlik göstərərək uzun illər Azərbaycan İnternetində prinsipial və müstəqil olaraq fəaliyyət göstərən şəxsləri də ədalətsizlikdə və tərəfkeşlikdə günahlandırmaq  cəhdlərindən təəssüfləndiyini bildirir.   

Milli Net TK bəyan edir ki, TK üzvləri və Münsiflər öz sahələri üzrə kifayət  qədər  tanınmış və təcrübəli şəxslərdir. TK Müsabiqənin tam olaraq şəffaf, ədalətli və informasiyalı bir şəraitdə keçirilməsinə var qüvvəsi ilə səy göstərir.  TK bu prinsiplərin və Əsasnamənin bütün tələblərinin gözlənilməsinə tam olaraq nəzarət edir.

Milli Net TK bir daha müsabiqə iştirakçılarına gələcək işlərində və Azərbaycan İnternetinin inkişafı üçün yeni töhfələr verilməsində uğurlar arzulayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nominant statusu qazanan sayt müsabiqədən kənarlaşdırıldı

04-12-2012

Milli Net 2011-in yekunları müzakirə edildi

28-12-2011

Milli Net-in gedişi ilə əlaqəli bir sıra məsələlər müzakirə edilib

30-11-2013

Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominatları seçilib

23-11-2010

Milli Net 2012-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

19-11-2012

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

25-11-2013

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012

Milli Net 2015-də yekun səsvermə başa çatdı

14-12-2015

Milli Net təşkilatçıları veb-studiya rəhbərləri və veb-masterlərlə görüşüb

16-11-2012

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013

Milli Net 2015-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

20-11-2015

Milli Net Təşkilat Komitəsinin Məlumatı

19-11-2013

Milli Net 2015 başlayır

10-09-2015

Milli Net 2011 müsabiqəsinin nominantları seçilib

04-12-2011

Milli Net 2015-də saytların qeydiyyatı bu gün başa çatır

25-11-2015

Milli Net 2010-da 1-ci səsvermənin müddəti 2 gün uzadılıb.

20-11-2010

Milli Net-in Təşkilat Komitəsinin müsabiqə komissiyası üzvləri ilə birgə toplantısı keçirilib

13-11-2010

Milli Net 2011 üçün qeydiyyat prosesi davam edir

02-11-2011

Milli İnternet Mükafatının Nominantları seçilib

02-12-2015

Milli İnternet Mükafatının nominantları seçilib

10-12-2014

Milli Net 2015 müsabiqəsinə 236 layihə təqdim olunub

11-11-2015

“Milli Net 2014” nominantları sabah seçilir

06-12-2014

Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

24-10-2012

Milli Net-ə 100-dən çox layihə qəbul edilib

22-10-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə