Azərbaycanın e-xidmətlər üzrə təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib

13-05-2025 / 13:01

Azərbaycanda son illər sosial sahədə həyata keçirilən rəqəmsal islahatlar Sinqapurda yerləşən “GovInsider” təşkilatının eyniadlı rəsmi internet portalında yayımlanan məqalədə beynəlxalq səviyyədə uğurlu təcrübə nümunəsi kimi təqdim olunub.

Xeberler.az məlumat verir ki, məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktorunun müşaviri Səbinə Hüseynova ilə müsahibəyə istinad edilərək, son illər ölkəmizdə sosial sahədə icra olunan elektronlaşma proqramının uğurları və DOST modeli barədə məqalə dərc edilib.

Həmçinin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS), 2 milyondan çox istifadəçisi olan “e-Sosial” portalının və mobil tətbiqinin funksionallığı və “Proaktiv xidmət mexanizmi” layihəsi geniş şəkildə işıqlandırılıb.

MEİS-in dövlət və özəl sektoru əhatə edən qurumlar arasında məlumat mübadiləsini təmin edən "Rəqəmsal körpü" rolunu oynadığı xüsusi qeyd olunub. Bundan əlavə, nazirliyin beynəlxalq və yerli tədbirlərdə qazandığı nailiyyətlər, sosial sahədə rəqəmsallaşmanın vətəndaşlara verdiyi üstünlüklər də məqalədə əksini tapıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə