Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global CyberDrill 2025” tədbirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri iştirak ediblər.
Xeberler.az bildirir ki, tədbir Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosu və Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının (UAE Cybersecurity Council) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin ilk günü inkişaf etməkdə olan ölkələrin üzləşdiyi kibertəhlükəsizlik trendləri və bu problemlərin rəqəmsal iqtisadiyyatla dayanıqlı inkişaf sahələrinə təsiri mövzusunda yüksəksəviyyəli panel müzakirələri ilə açılıb. Tədbirin növbəti iki günü ərzində isə 130 ölkənin milli CERT nümayəndələrinin iştirakı ilə real kiberinsident ssenarilərinə əsaslanan texniki yarışma təşkil olunub. Yarışmada “APT Compromise Detection and Investigation” və “OSINT Dark Web Investigation of Terrorist Cyber-Attack” mövzularında ssenarilər üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, yarışmanın ikinci kateqoriyası üzrə ETX əməkdaşı Ayxan Hüseynli yüksək nəticə göstərərək 5-ci yeri qazanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları