Previous Next
Bağla

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018 17:39
QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası bu gün öz işini nazirlər toplantısı ilə davam etdirib.

Xeberler.az  bildirir ki, Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi toplantıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides, eləcə də, Rusiya, Ukrayna, Yunanıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan sahə üzrə məsul şəxslər iştirak edib. Toplantıda Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. O, iştirakçıları salamlayaraq bildirib ki, iclas Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi çərçivəsində keçirilir.

“Sədrlik dövründə bizim üçün prioritet regionda nəqliyyat qovşaqlarının inkişafı və regional əməkdaşlığın stimullaşdırılmasıdır”, - nazir qeyd edib. Onun sözlərinə görə, təşkilat yarandığı gündən nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi və ticarət əlaqələrini stimullaşdıra bilən əsas istiqamət kimi müəyyənləşdirilib.

“QDİƏT çərçivəsində həyata keçirilən layihələr tərəflərin regionda yüksək inkişafa malik nəqliyyat infrastrukturu yaratmasına çalışmasını nümayiş etdirir. Biz təşkilat tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk”, - nazir vurğulayıb.
Ramin Quluzadə iclasda çıxışında Azərbaycan tərəfindən müvafiq sahədə həyata keçirilən işlərdən söz açıb.

“Azərbaycan Respublikası xarici investisiyalar, o cümlədən qeyri-enerji sahələrinə sərmayələr üçün əlverişli şərait yaradaraq investisiya potensialını genişləndirir. Nəqliyyat kompleksi infrastrukturunun inkişafı, ondan istifadənin sadələşdirilməsi və xidmət keyfiyyətinin artırılmasına yönələn nəqliyyat layihələrinə investisiya qoyuluşu xüsusi əhəmiyyət kəsb edir”, - o deyib.

Nazir, həmçinin vurğulayıb ki, bu gün Azərbaycan bir sıra irimiqyaslı regional nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır: “Məhz nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun iri tranzit və logistika mərkəzinə və vacib nəqliyyat qovşağına çevrilir”.

Bundan əlavə, nazir bildirib ki, Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə beynəlxalq və respublika əhəmiyyətli avtomobil yollarının yaxşılaşdırılması üzrə geniş işlər davam etdirilir. Avtomobil nəqliyyatı sahəsində yük və sərnişin avtonəqliyyat parkının yenilənməsi, milli daşıyıcıların mövqeyinin və texniki təchizatının möhkəmləndirilməsi, beynəlxalq daşımaların təşkili metodlarının təkmilləşdirilməsi, rəqəmli taxoqrafların və “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı işlər görülür.

“Dəniz donanmasının yenilənməsi üzrə işlər mütəmadi olaraq həyata keçirilir. Xəzər dənizi regionunda multimodal daşımaların geniş tətbiqi, ümumilikdə dəniz daşımalarının sadələşdirilməsi və həcminin artırılması üçün yeni tanker və bərələr alınır”, - R.Quluzadə əlavə edib.

Nazir, həmçinin ötən ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti, Ələt azad iqtisadi zonasının yaradılması üzrə işlər haqqında danışıb. R.Quluzadənin sözlərinə görə, bu layihələr və digərləri Qara dəniz və Xəzər dənizi regionunda birbaşa beynəlxalq avtomobil bərə və dəmir yollarının yaradılmasına xidmət etməklə Azərbaycan Respublikasının mühüm nəqliyyat qovşağı kimi tranzit potensialını artırır.

“Nəqliyyat sahəsinin inkişafı iqtisadiyyatın digər sektorlarının inkişafına bilavasitə təsir göstərir, turizm imkanlarının artmasına xidmət edir. Hesab edirik ki, regionun nəqliyyat potensialından maksimum istifadə və yeni çağırışlara reaksiya üçün biz hamımız nəqliyyat əməliyyatlarını effektiv koordinasiya etməli, göstərilən xidmətlərin səviyyəsini artırmalı, innovasiyalar tətbiq etməli, rəqabətli mühiti inkişaf etdirməli, maneələri aradan qaldırmalı və tranziti sadələşdirməliyik”, - nazir deyib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə uğurlu işlərə imza atıb. Eyni zamanda, digər ölkələrin nəqliyyat sahəsində təşkilatla əlaqələrinin inkişafına dəstək olub. Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan bildirib ki, Bakı-Tbilisi Qars dəmiryolu xətti qitələri birləşdirməklə yanaşı, Qara dəniz bölgəsinin Avropa və Asiya nəqliyyat şəbəkələri üçün də dəhliz rolunu oynayır. Daha sonra nümayəndə heyətlərinin başçıları, müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələrinin bəyanatları dinlənilib.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf prespektivləri və digər məsələlər müzakirə olunub.

Məlumat üçün bildirək ki, ölkəmiz 1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir. Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018

Nazirlik sammitdə iştirak etdi

29-05-2018

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

04-04-2022

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018

Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

14-12-2018

Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

08-12-2020

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

19-02-2019

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018

Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

29-11-2018

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

04-04-2022

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020

Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

01-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə