Previous Next
Bağla

Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

01-05-2019 14:20
Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

Pekində “Bir kəmər, bir yol” əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən, 37 dövlət və hökumət başçısının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yalnız nəqliyyat bağlılığını təmin etmir. O, ölkələrarası əlaqələri gücləndirir, əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Xeberler.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib.

Nazir deyib ki, bu gün Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir. Çünki Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat və geosiyasi üstünlüyə malikdir. Hazırda iki ölkə arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlığın cari vəziyyəti qənaətbəxşdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt qəsəbəsində yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının gələcəkdə artırılması nəticəsində Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində ölkəmizin ərazisindən keçən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu (Orta Dəhliz) vasitəsilə tranzit yükdaşımalarının həcminin daha da artırılması mümkün olacaq.

Ramin Quluzadə bildirib ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd etməsi Çinin Azərbaycanla tranzit yükdaşımaları sahəsində maraqlı olduğunu göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri ilə görüşdə hər iki ölkənin rəhbərləri tərəfindən infrastruktur, logistika və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın perspektivlərinə toxunulması gələcəkdə uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradır. Azərbaycan hökuməti prioritet sahələrdən hesab olunan informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsində xarici tərəfdaşlarla əlaqələrə yüksək əhəmiyyət verir. Bununla əlaqədar olaraq, “ZTE" Korporasiyasının sədri Li Cisue ilə keçirilmiş görüş sözügedən sahənin inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. 2007-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərməyə başlayan “ZTE” Korporasiyası “Bakı Telefon Rabitəsi” MMC-nin və “Aztelekom” MMC-nin şəbəkələrində texniki yenidənqurma və müasir telekommunikasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq edir.

Nazir vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Huawei” simsiz rabitə, yeni nəsil şəbəkə məhsulları təklif etməklə yanaşı, proqram təminatı və tətbiqi xidmətlərini göstərir, terminalların quraşdırılmasını həyata keçirir. Ölkəmizdə 15 ildən çoxdur ki, uğurla fəaliyyət göstərən “Huawei” şirkəti üçün hər cür şərait yaradılıb. Məlum olduğu kimi, “Huawei” şirkəti ölkəmizdə sosial layihələrin həyata keçirilməsində və kadr potensialının artırılmasında da fəal iştirak edir. Belə ki, "Gələcək üçün toxumlar" layihəsi çərçivəsində Çində informasiya texnologiyaları sahəsində təlimlərdə indiyədək 500-dən çox azərbaycanlı mühəndis iştirak edib. Eyni zamanda, “Huawei” şirkəti tərəfindən 2016-cı ildən başlayaraq Azərbaycanı dünyaya tanıtmaq məqsədi daşıyan "Gözəl Azərbaycan" sosial layihəsinə start verilib. Sözügedən şirkətlə İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmli iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə gələcək əməkdaşlıqda maraqlıyıq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019
Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019
Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018
Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

19-02-2019
Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir

Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir

04-09-2018
Azərbaycan şirkətləri Çində 821 miln. dollarlıq müqavilə imzalayıblar

Azərbaycan şirkətləri Çində 821 miln. dollarlıq müqavilə imzalayıblar

24-04-2019
Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

27-11-2018
QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018
Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

05-12-2019
Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

02-04-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020
Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Huawei azərbaycanlı tələbələr üçün proqram elan edir

Huawei azərbaycanlı tələbələr üçün proqram elan edir

30-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə