İranda fars dilində Qarabağla bağlı yaradılan “garabagh.org” saytı azərbaycanlı hakerlər tərəfindən dağıdılıb. Bu barədə İranda çıxan erməni qəzeti “Araks” məlumat verib. Yanvarın 27-də azərbaycanlı hakerlər saytı dağıdaraq ora Azərbaycan bayrağını yerləşdiriblər.
Amma bu gün axşam saatlarında saytın yaradıcıları onun işini bərpa edə biliblər.
İrandakı erməni icmasının səyi nəticəsində açılan bu saytda Ermənilər 1990-cı il Bakı və 1988-ci il Sumqayıt hadisələri və Azərbaycanın siyasi tarixinin saxtalaşdırılması ilə müşayiət olunan böhtan və yalan dolu məlumatlar yerləşdirilib. Saytda həmçinin Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun müsahibəsi də fars dilində tərcümə edilərək yerləşdirilib.
İran hakimiyyət orqanları saytla bağlı hər hansı reaksiya vermirlər. Qeyd edək ki, Tehran Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı hər hansı informasiyaya qısqanclıqla yanaşır. Bir neçə dəfə Azərbaycan tarixi ilə bağlı İranda internet sayt açmağa cəhd ediləsə də, İran rəsmiləri buna imkan verməyiblər. Erməni icmasının rahatlıqla Azərbaycanın əleyhinə olan belə sayt qurmaları elə Tehranın məkrli siyasətinin tərkib hissiəsi kimi baxılmalıdır.
Saytda müstəqil Azərbacanın siyasi tarixi bilərəkdən saxtalaşdırılıb və ərazilərin guya Ermənistandan zorla qoparıldığı barədə köhnə “nəşğmələr” oxunur. Digər tərəfdən erməni icması bu yalan məlumatları fars dilində yaymaqla rəsmi Tehanın Azərbaycanın ərazi bütövlüyünün tanıdığı barədə mövqeyini şübhə altına alır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri