Previous Next
Bağla

Azərbaycanlı yeniyetmələrin startapı Dünya Çempionatının qalibi oldu

21-07-2023 13:32
Azərbaycanlı yeniyetmələrin startapı Dünya Çempionatının qalibi oldu

“Miniboss Business School Baku”nun tələbələri 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində 6-16 yaşlı uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi olublar.

20-dən çox ölkənin iştirak etdiyi tədbirdə ən yüksək nəticə göstərərək superfinala çıxan “Econotes” komandası birinci yerə layiq görülüb. “Econotes” beş meyara (innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin suallarını cavablandırma) cavab verməklə 18 komandanı geridə qoyaraq birinciliyə sahib olub.

“Econotes” komandası cari ildə “Miniboss Business School Baku”nun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilmiş Milli Startap Çempionatının da qalibi olub.

Digər altı biznes layihə isə BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun xüsusi qızıl mükafata layiq görülüb.

Dördgünlük proqram çərçivəsində keçirilən “Ölkə günü” tədbirində tələbələrimiz milli geyimlərdə ölkəmizdən gətirilən şirniyyat, suvenir və digər atributlarla Azərbaycanı xüsusi olaraq təmsil ediblər. Tədbir çərçivəsində Rəna Adıgözəlova milli rəqs proqramı, Dilşad Fərhadzadə isə skripka ifası ilə çıxış edib.

Növbəti gün isə “Miniboss Baku biznes məktəbi”nin tələbələri 9 startap layihəsi ilə seçmə turunda iştirak edərək beynəlxalq münsiflər heyətinin suallarını cavablandırıblar. Qeyd edək ki, müxtəlif ölkələrdən təmsil olunan münsiflər heyəti tərəfindən biznes layihələr beş kateqoriya üzrə dəyərləndirilib.

Startaplar üzrə Dünya Çempionatında təqdim olunan biznes layihələr müxtəlif sahələri təmsil edən beynəlxalq ekspertlər və sahibkarlar tərəfindən dəyərləndirilib. Eləcə də, Azərbaycandan münsiflər heyətində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev və “Iteca Caspian” şirkətinin rəhbəri Fərid Məmmədov yer alıblar.

Seçmə turdan sonra müxtəlif sahələrdə təmsil olunan “Challenger”, “Econotes”, “WoodMood”, “BeSafe”, “VIP Puzzle”, “Scenty sport”, “Box from my land”, “Screenish”, “Yummy Gummy” adlı biznes layihələrinin yarmarkası təşkil olunub.

Startaplar üzrə Dünya Çempionatı çərçivəsində “Eurowoman: Global Leadership Forum 2023” adlı tədbirdə “Miniboss Business School Baku”nun təsisçisi Nərminə Həsənova “Gələcəyin güvənli sahibkarların yetişdirilməsi” mövzusunda çıxış edib.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 73 filialda mövcud olan yeganə məktəbdir.

Təhsil müəssisəsi özünəməxsus metodikaya əsasən 6-16 yaşlı uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi, bu il də sahibkarlıq üzrə 6-16 yaşlı uşaqlar və yeniyetmələr arasında “STARTUP Forum”, Milli və Dünya çempionatları təşkil edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib

19-06-2023

KOBİA-nın tərəfdaşlığı ilə təhsil sərgi-yarmarkası keçirilir

01-10-2022

BANM tələbələrinin "BullyGuard" startapı ən yaxşı layihə seçilib

27-01-2025

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

03-12-2015

“Biznes akademiyası” layihəsinə start verilir

14-01-2025

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023

“AIM Congress”də Azərbaycanı təmsil edəcək startap seçilib

03-04-2025

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

14-04-2026

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

Startap və vergi tənzimləməsi müzakirə edilib

29-02-2016

Dünyanın tanınmış mələk investorları Bakıya gəlir

05-11-2015

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

İntellektual startap çempionatı başlayıb

06-10-2017

Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

07-08-2015

AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I yeri qazanıb

05-05-2026

Azərbaycan Dünya Robot Olimpiadasında qalib oldu

19-11-2022

Bakıda yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

16-06-2022

Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə