Previous Next
Bağla

Azercell “İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

21-04-2020 17:38
Azercell “İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

Xeberler.az bildirir ki, ölkənin lider mobil operatoru Azercell koronovirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə töhvə verməkdə davam edir. Şirkət bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” çərçivəsində vətəndaşların sorğularının operativ cavablandırmasına dəstək olub.

Müştərilərinin rahatlığını hər zaman prioritet hesab edən Azercell, qısa müddət ərzində abunəçiləri üçün SMS icazə sistemini aktiv edib. Beləliklə, Azercell abunəçiləri 8103 nömrəsi vasitəsilə bu xidmətdən odənişsiz yararlana bilirlər.

Xatırladaq ki, tətbiq edilən sosial izolyasiya tədbirlərilə əlaqədar, vətəndaşlar yaşayış yerlərini tərk etmək üçün 8103 nömrəsinə icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini göndərməlidir.

SMS icazə sisteminin istifadəyə verildiyi ilk günlərin həm vətəndaşlar, həm də Elektron Hökumətin İnkişafı Mərkəzi üçün ən gərgin zaman olduğunu nəzərə alaraq, Azercell-in Telefon Mərkəzi xüsusi iş rejimində çalışıb. Azercell “ASAN xidmət”in müvafiq sisteminə (9108) dəstək göstərərək SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar daxil olan zəngləri və sualları operativ şəkildə cavablandırıb.

Həmçinin xidmətdən istifadə zamanı yarana biləcək sualları öncədən cavablandırmaq məqsədilə Azercell şirkəti tərəfindən xüsusi informativ video təlimatlar hazırlanaraq, rəsmi Sosial Media hesablarında paylaşılıb.

Bundan əlavə, Azercell Elektron Hökumətin İnkişafı Mərkəzinə Mi-fi cihazları, limitsiz internet paketləri və limitsiz danışıq üçün xüsusi nömrələr hədiyyə etməklə, qurumu kəsintisiz rabitə xidmətləri ilə təmin edib.

Qeyd edək ki, qlobal pandemiya dövrü ərzində Azercell ölkədə yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, eləcə də iqtisadi sabitliyin qorunması və əhalinin sosial rifahının yüksəldilməsi üçün hökümət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirib, müxtəlif sosial təşəbbüslərə imza atıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olur

22-04-2020

"İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirilib

20-06-2020

Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

30-04-2020

Bakcell “Asan Xidmət”lə əməkdaşlığını davam etdirir

21-04-2020

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

30-04-2020

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

Azercell Asan İmza xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir

03-03-2023

Daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı

09-05-2020

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell rominqdə olan abunəçilərinə dəstək olur

16-03-2020

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

20-04-2020

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020

"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

24-03-2020

“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir

01-05-2020

“Azercell Telekom” MMC prezident Ilham Əliyevin çağırışına qoşulub

21-03-2020

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir

28-02-2022

Azercell fədakar tibb işçilərini dəstəkləyib

25-03-2020

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir

16-05-2020

Azercell azərbaycanlıları koronavirusa qarşı birgə mübarizəyə çağırıb

27-03-2020

Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

20-10-2020

Azercellin xidmət mərkəzləri xüsusi iş rejiminə keçib

16-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə