Previous Next
Bağla

Azercell Bakıda keçirilən "Baku International HR Forum"-a dəstək olub

02-02-2022 10:45
Azercell Bakıda keçirilən "Baku International HR Forum"-a dəstək olub

Yanvarın 28-də Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı ilə insan resursları (İR) sahəsindəki innovasiyaların təşviqi və müxtəlif sahələrdə təcrübə mübadiləsi məqsədilə "Baku International HR Forum" (BIHRF) keçirilib.

Azərbaycanın telekommunikasiya bazarının lideri Azercell tədbirin baş sponsorlarından biri kimi çıxış edib.

6 ölkədən 16 spiker sürətlə dəyişən korporativ mühitdə insan resurslarının rolu ilə bağlı fikirlərini yerli və beynəlxalq təşkilatları təmsil edən 300 iştirakçı, müxtəlif sektorlardan olan İR departamentlərinin rəhbərləri, dövlət rəsmiləri, sahibkarlar və digərləri ilə bölüşüblər.

CEO panelinin İR funksiyasının təşkilatın uğurundakı rolu ətrafındakı müzakirəsində çıxış edən Zərinə Zeynalova, əsl biznes tərəfdaşı olmaq üçün həmin funksiyanın vacibliyini vurğulayıb. "Texnologiya və digər sənaye sahələrində innovasiyaların sürətli tətbiqi dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşma tələb edir. Bu baxımdan, kommersiya bacarıqları və sahibkarlıq ruhu, analitik bacarıqlar, emosional dayanıqlılıq, yüksək səviyyədə özünüdərk, ağıllı qərarlar qəbul etmək qabiliyyəti, dürüstlük və etimad İR mütəxəssisindən tələb olunan əsas keyfiyyətlərdir, - deyə, Azercell prezidenti bildirib. Azercell prezidentinin sessiyadakı çıxışı transformasiya liderliyi və dəyişikliklərin idarə edilməsi ilə bağlı fikirləri ətrafında ona auditoriyanın çoxsaylı suallarının yönəlməsinə səbəb olub.

Onu da qeyd edək ki, "BIHRF" çərçivəsində keçirilən "HR Awards" 2022 mükafatlandırma mərasimi zamanı Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları "Ən Yaxşı Sağlamlıq və İşçi Rifahı Strategiyası" və "Ən Yaxşı Təlim və İnkişaf Strategiyası" nominasiyalarında iki yüksək nailiyyət sertifikatı ilə təltif olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

02-11-2024

“Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir”

12-11-2016

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

23-05-2025

Azercell dünyanın telekommunikasiya nəhəngi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

02-11-2023

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

24-04-2026

“Azercell Life” sosial şəbəkələrdə!

30-03-2022

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

19-05-2025

Azercell növbəti əmək yarmarkasında iştirak edib

30-10-2019

"Azercell" PLATİN sertifikatına layiq görülüb

30-01-2021

“Azərbaycan Biznes Keys Yarışması”nın iştirakçıları Azercell-də

02-12-2019

“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub

20-04-2021

Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görülüb

09-01-2025

Azercell “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

28-04-2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub

13-01-2022

“Azercell” telekom sahəsinin lideri seçilib

08-12-2010

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

09-02-2019

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

12-05-2023

Azercell könüllü gənclərlə həmrəy oldu

10-12-2018

Azercell tələbələr üçün yeni imkanlar açır

17-03-2022

Azercell və UiPath əməkdaşlığa başlayır

21-04-2025

Azercell “İnsana Sərmayə” üzrə regionun lideridir

07-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə