Dekabrın 4-də "Baku Ekspo Mərkəzi"ndə "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev “Azercell”in fəaliyyəti və yeni layihələrlə bağlı mətbuat konfransı keçirib.
Xeberler.az bildirir ki, V.Mürsəliyev “Bakutel-2018” sərgisində “Azercell” tərəfindən geniş avtomatlaşdırılmış həllər və telekommunikasiya sahəsində ən son trendlərin nümayiş etdiriləcəyini bildirib. Şirkət prezidentinin məlumatına əsasən “Əşyaların İnterneti” (İOT) texnologiyaları müxtəlif cihazlar arasında məlumat paylaşımının yeni səviyyəsi kimi şəbəkələr vasitəsilə kommunikasiya üçün geniş imkanlar açaraq daha sıx əlaqəli dünya qurmağa kömək edir. İOT unikal identifikatorlarla təchiz olunmuş və insan-insan və ya insan-kompüter əlaqəsi tələb olunmadan məlumatı şəbəkə vasitəsilə ötürmək qabiliyyətinə malik bir-biri ilə qarşılıqlı əlaqəli hesablama cihazları, mexaniki və rəqəmsal maşınlar sistemidir. Azərbaycanın ən müasir mobil kommunikasiya xidmətləri təchizatçısı olan “Azercell Telekom özünün insanları yüksək texnologiyalar vasitəsilə birləşdirmək məqsədinə sadiq qalaraq XXIV “Bakutel” sərgisində müxtəlif yüksək texnoloji həllər nümayiş etdirəcək. Bu dəfə də “Azercell” sərginin əsas iştirakçılarından biri olmaqla bərabər, bu əhəmiyyətli texnoloji tədbirin əsas sponsoru kimi çıxış edir.
Lider mobil operator öz stendində biznes, pərakəndə müştərilər və texnoloji innovasiyaların izləyiciləri üçün geniş çeşiddə məhsul və həllər təqdim edib:
Avtomatlaşdırılmış Həllər
YuMi (You and Me, “Sən və Mən”) – universal robot-həmkar bu il “Azercell” stendində qonaqları salamlayacaq. Müştərək fəaliyyətə hazır, iki qollu, kiçik hissələrdən ibarət və hərəkətli əllər, kamera ilə hissənin yerini müəyyənetmə və ən müasir nəzarət funksiyası ilə təchiz olunmuş robot insanlar ilə çiyin-çiyinə eyni iş üzərində çalışa bilir. İnnovativ, insan üçün rahat və inqilabi funksionallıqla fərqlənən robot sənayedə geniş qlobal avtomatika potensialını üzə çıxarmaq məqsədilə hazırlanıb.
MyKi Touch, MyKi Pet və MyKi Auto kimi müxtəlif kiçik təhlükəsizlik cihazları vahid bir tətbiq (app) vasitəsilə müxtəlif məlumatları izləməyə imkan verir:
MyKi Touch uşaqlara nəzarət üzrə yeni nəsil izləmə funksiyasıdır və valideynlərə övladları ilə əlaqə qurmaq və onların yeri barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir. Uşağın yerini dəqiq müəyyən edən GPS modulu, SOS düyməsi, öncədən təyin olunmuş təhlükəsiz zonalar və digər funksiyalarla MyKi Touch sizin övladlarınızın təhlükəsizliyini təmin etmək üçün ən yaxşı vasitədir. İnteqrasiya edilmiş "taçsensorun" sayəsində valideynlər həmin anda uşaqların saatı taxıb-taxmadığından xəbərdar olurlar.
MyKi Pet adlı ağıllı cihaz ilə sahibləri artıq ev heyvanlarının harada olduqlarından dolayı narahatlıq keçirməyəcəklər. Bu cihaz onlara heyvanların yeri barədə məlumat verir, xüsusi təhlükəsizlik zonalarını təyin etməyə və hətta heyvanlara məsafədən göstəriş verməyə imkan yaradır.
MyKi Auto heç bir naqil olmadan, sadəcə istənilən nəqliyyat vasitəsinə bir maqnitin yerləşdirilməsilə avtomobil və karqo üçün tam təhlükəsizliyi təmin edir: avtomobilin yeri barədə məlumat verir, enerjiyə qənaət rejimi olan batareyası, ani məlumatlandırma ilə oğurluq hallarının qarşısının alınması funksiyası, səyahət barədə məlumat və digər xüsusiyyətlərlə təchiz olunub. Qeyd etmək yerinə düşər ki, MyKiAuto enerji təchizatı tələb etmir və tam avtonom rejimdə çalışır.
“Azercell” Smart Home (Ağıllı Ev) adlı yeni innovativ xidmət sizin evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək. Bu xidmət sizə istənilən yerdən bir tətbiqetmə vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və otaqdakı hərəkətlərə tam nəzarət imkanı verir.
Gündəlik həyatınızı asanlaşdırın sizin eviniz sizin şəxsi, daha çox zövq almaq və özünüzü rahat hiss etmək istədiyiniz məkandır. Artıq evinizi sizin istəklərinizi anlayan bir məkana çevirə bilərsiniz. “Azercell” Smart Home ilə siz asanlıqla və cəld şəkildə işığın intensivliyini, otağın temperaturunu və evinizdəki kiçik cihazların funksiyalarını öz istəklərinizə uyğun idarə edə və beləliklə, rahatlıqdan zövq ala bilərsiniz.
Təhlükəsiz evdə yaşayın sizin eviniz elə bir məkandır ki, orada siz özünüzü dünyanın istənilən yerindən daha təhlükəsiz hiss etmək istəyirsiniz. Evə kameralar, sensorlar də digər xırda aksessuarlar yerləşdirin və evinizdəki hərəkətlər barədə anında məlumat alın. Artıq siz öz evinizi davamlı şəkildə izləyə, tam nəzarət edə və xoşagəlməz hallardan uzaq ola bilərsiniz. Bunun sayəsində özünüz və sevdikləriniz üçün daha təhlükəsiz şərait yarada bilərsiniz.
Evinizdə ideal şəraitdən zövq alın sizin eviniz tam nəzarətinizdə olan bir məkan olmalıdır. Artıq ağıllı cihazların köməyi ilə siz evinizdə sərf olunan enerjiyə məsafədən nəzarət edə və onu düzgün şəkildə idarə edə bilərsiniz. Siz real ehtiyaclarınıza uyğun enerji sərf edəcək və beləliklə də ona qənaət edəcəksiniz.
“Azercell” Ağıllı Ev həlli birbaşa mobil telefondan ev cihazlarına nəzarət etmək, hərəkət və tüstü detektorları vasitəsilə öz evinizdə baş verənlər barədə anında məlumat almaq, evdə olmadan məsafədən evin temperaturunu idarə etmək istəyən hər kəs üçün ideal seçimdir.
Beləliklə də siz evə gələrkən və yaxud evi tərk edərkən orada hansı proseslərin avtomatik baş verməsi barədə qaydalar və ssenariləri özünüz müəyyən edə bilərsiniz.
Nəzərə çatdırılıb ki, “Azercell Eksklüziv” stendinin pərakəndə satış bölməsi ən son innovasiyaları sınaqdan keçirmək üçün ən uyğun yerdir. Bu guşədə həmçinin, “Azercell Plus” xidmətləri çərçivəsində Zvooq, Bookmate, Bookmate Audio tətbiqetmələri də nümayiş olunacaq.
Mysim.az məlumat bazasına birləşmiş xüsusi monitor abunəçilərə arzu etdikləri nömrə kombinasiyasını yığaraq dərhal “Bakutel” sərgisində arzuladıqları nömrəni tapmaq və onu istənilən “Azercell Eksklüziv” mağazasında əldə etmək üçün qeydiyyatdan keçmək imkanı verir. Bu axtarış sistemi bir saniyədə istənilən “Azercell” nömrəsini müəyyən etmək və satış nöqtəsinə uyğun olaraq onun yerini göstərmək imkanına malikdir.
Korporativ seqment “Azercell”in korporativ müştəriləri də yeni təkliflərdən məmnun qalacaq. Məsələn, “Şirkətim” paketi yeni qoşulmuş korporativ seqment müştərilərinə aylıq 1000 ölkədaxili danışıq dəqiqələri və 3GB mobil internet təqdim edir. Korporativ bölmədə, həmçinin, şirkətlər üçün internetdən geniş istifadə imkanı verən rouminq təklifi təqdim ediləcək. Yeni rouminq internet paketi korporativ müştərilərə cəmi 16 AZN ödəməklə 1GB internetdən yararlanmaq imkanı verir. “Azercell” tədbir boyu zamanı, həmçinin Virtual ATS innovativ biznes həllini təqdim edəcək. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. Sahibkarlığa dəstək “Azercell” innovativ layihələrin inkubasiyasının əsas yaradıcısı kimi “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi üçün sərgi zamanı xüsusi bölmə ayıracaq. “Barama” tərəfindən dəstəklənən startaplar burada informasiya texnologiyalarına əsaslanan müxtəlif biznes həllər nümayiş etdirəcək.
Vebsaytların hazırlanması üzrə “Owbike” layihəsi html səhifələrinin yaradılması üçün sizdən heç bir texniki bilik tələb etmir. Xüsusi proqram sizə mürəkkəb veb səhifələri qısa zamanda yaratmaq imkanı verəcək. “Green Baku” kiçik startapı ölkədə ilk dəfə təkrar istifadə olunan materiallardan ekoloji cəhətdən təmiz dəftərxana məhsulları hazırlamağa nail olmuşdur. Daha çox startap layihələri, o cümlədən təhsil mərkəzlərində test yoxlaması aparmaq üçün “Appoll” platforması, “Happy Moments” portalı, “Dataforest” axtarış sistemi, “Wexplain” onlayn biznes platforması builki “Bakutel” sərgisində texnoloji trend izləyicilərinin diqqətinə çatdırılacaq.
Texnologiya ilə Əyləncə Yüksək texnologiyalar “Azercell”in bütün stendində, o cümlədən şirkətin ənənəvi əyləncə guşəsində özünü göstərəcək. “Azercell” bir neçə gün ərzində bütün qonaqları texnologiyaya əsaslanan müsabiqələrdə iştirak etməyə və mobil operatordan xüsusi hədiyyə qazanmağa dəvət edir. Builki telekommunikasiya sərgisi çox hərarətli olacaq, ən yüksək dərəcə isə “Azercell”in guşəsində müşahidə ediləcək!
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri