Previous Next
Bağla

Azercell-in dəstəyilə “YAŞAT” Fondu şəhid övladları üçün Marafon təşkil edib

04-11-2025 18:04
Azercell-in dəstəyilə “YAŞAT” Fondu şəhid övladları üçün Marafon təşkil edib

Zəfər Gününün 5-ci ildönümü münasibətilə 50-yə yaxın şəhid övladı Qubada təlimlərə qatıldı.

1–3 noyabr 2025-ci il tarixlərində “YAŞAT” Fondunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Quba şəhərində şəhid övladları üçün 2-ci İntellektual Marafon keçirilib.

Vətən müharibəsində qazanılan Zəfərin beş illiyinə həsr olunan bu təşəbbüs 16–23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını bir araya gətirib. Marafonun əsas məqsədi gənclərin intellektual və sosial bacarıqlarının inkişafına töhfə vermək, eləcə də onların arasında bilik və təcrübə mübadiləsini təşviq etmək olub.

Marafon çərçivəsində Azercell kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim sessiyası keçirib. Şirkətin mütəxəssisləri gənclərlə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması və onlayn təhdidlərdən müdafiə yolları barədə biliklərini bölüşüblər. Bu təşəbbüs Azercell-in gənclər arasında rəqəmsal savadlılığın artırılması və təhlükəsiz internet mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi silsilə sosial layihələrin davamı olub.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışları və əyləncə proqramları təşkil olunub. Qaliblər və bütün iştirakçılar mükafat və hədiyyələrlə təltif edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirib

20-09-2021

“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

20-08-2024

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

08-11-2025

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb  

13-07-2022

“Nar” YAŞAT Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edib

19-03-2021

Şəhid övladlarına yeni texnologiyalara dair təlim keçirilib

04-11-2022

"Nar” şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinə dəstək olub

27-08-2021

"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

21-09-2023

Azercell-in dəstəyi ilə "Bahar Düşərgəsi" təşkil olunub

09-04-2025

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

18-06-2025

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

25-07-2025

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

28-05-2026

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

04-08-2023

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

10-08-2022

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

Azercell marafonçulara dəstək olub- Fotolar

17-05-2016

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021

Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

07-03-2025

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə