“Azercell” MMC-ə məxsus mobil tətbiqin “Yardım və Dəstək” bölməsində “Aztelekom” MMC-ə aid bölmə yaradılıb.
Xeberler.az məlumat verir ki, bölmədə “Aztelekom”a aid xidmətlər üzrə “Qoşulma şərtləri”, “Sənədlər”, “Ödəniş üsulları” kimi məlumatlar yerləşdirilib.
Yeniliklə bağlı sorğumuza cavab olaraq “Azercell”dən bildirilib ki, “Azercell Telekom” MMC ilə “Aztelekom” MMC arasında mövcud olan əməkdaşlıq çərçivəsində şirkət özünə məxsus “Azercell” mobil tətbiqində “Aztelekom” MMC-yə aid xidmətləri daha rahat və əlçatan etmək məqsədilə istifadəçilərə xüsusi bölmədən yararlanmaq imkanı təqdim etməyə başlayıb.
Qeyd edək ki, son dövrlər ictimaiyyətdə “Aztelekom”un “Azercell”ə birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları