Ölkənin lider mobil operatoru olan “Azercell” Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mədəni irsimizin müasir rəqəmsal platformalar vasitəsilə təbliğinə növbəti töhfəsini verir.
Ümummilli Lider Heydər Əliyev deyibdir: “Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın Prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram”.
Ulu Öndər Heydər Əliyevin mövqeyini rəhbər tutan “Azercell Telekom” MMC ölkəmizin mədəni irsinin qorunmasında və təbliğində müstəsna rolu olmuş Ümummilli Liderin ən sevdiyi kitabları özündə cəmləyən “Audiokitab” layihəsini təqdim edir.
Builki layihə çərçivəsində “Azercell” Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini beynəlxalq “Bookmate” platformasına audiokitab, elektron kitab və audiopyes formatlarında yerləşdirəcək. Milli ədəbiyyatımızın gələcək nəsillərə ötürülməsi, beynəlxalq oxucu auditoriyasının artırılması məqsədilə mobil operator əsərlərin türk, ingilis və rus dillərində səsləndirilməsini də təmin edir. Məzmun, həmçinin “Azercell”in rəsmi yutub kanalı vasitəsilə izləyicilərin diqqətinə çatdırılacaq.
Layihə Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Səməd Vurğunun və Məhəmmədhüseyn Şəhriyarın müxtəlif hekayələri, əsərləri, şerləri və pyeslərini əhatə edir. Bura Heydər Əliyevin sevdiyi Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi, Səməd Vurğunun “Azərbaycan” şeri, Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam”, Hüseyn Cavidin “Maral” pyesini aid etmək olar. Qeyd edək ki, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında rəqəmsal komiks kitabı və qısa xronometrajlı animasiya filmi də hazırlanmaqdadır.
“Azercell” Azərbaycanın milli mətbuatının ən dəyərli nümunələrindən biri olan “Molla Nəsrəddin” jurnalını da rəqəmsallaşdırıb. Jurnalın Azərbaycan əlifbasına keçirilmiş 100 nəşri elektron kitab və audiokitab formatlarında artıq hazırlanıb və “Bookmate” tətbiqinə yüklənilir.
Bir daha qeyd edək ki, bu il “Audiokitab” layihəsi “Azercell”in Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində həyata keçirilir. Rəqəmsal kitabxana layihəsi indiyədək İmadəddin Nəsiminin qəzəllərindən, Nizami Gəncəvinin 100-dən çox əsərindən, “Koroğlu” dastanının 10 qolundan, Qarabağın tarixinə aid müxtəlif elmi əsərlərdən, eləcə də Qarabağ ədiblərinin kitablarından ibarət audio və elektron məzmunu oxucuların istifadəsinə verib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri