Previous Next
Bağla

“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib

03-02-2022 19:37
“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib

“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib.

Xeberler.az məlumat verir ki, “3D mobil xəritə” sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib. Növbəti mərhələ üçün “Azərişıq” üzrə müxtəlif ərazilərdə (Xırdalan, Gəncə, Şirvan, Zaqatala, Balakən və sair) 2800 kilometrlik məsafədə çəkilişlər aparılıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib.

3D mobil xəritə “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı həllər” konsepsiyasının baza elementlərindən biri hesab olunur. “3D mobil xəritə” sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazidə aparılmış çəkilişlər xüsusi proqram təminatına yerləşdirildiyindən daha mobil olmaqla, istənilən yerdən əlçatanlığı tam təmin edir, istənilən ərazinin bütün detalları haqqında ətraflı məlumatlar əldə etmək mümkün olur. Eyni zamanda, həmin sistemdə şəbəkələrin texniki xüsusiyyətləri hərtərəfli əks olunduğundan, proseslərdə şəffaflıq təmin edilir, texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranır.

“3D mobil xəritə” sisteminin tətbiqi infrastrukturun yüksək dəqiqliklə qiymətləndirilməsinə və gələcək layihələrin məsafədən planlaşdırılmasına imkan verdiyindən, habelə yalnız bir prosedur nəticəsində şəbəkəyə qoşulmaq mümkün olduğundan, həmin sistemin tətbiqi “Azərişıq” tərəfindən irəliyə atılmış növbəti uğurlu bir addımdır.

Prezident İlham Əliyevin qarşıya məqsəd kimi qoyduğu “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq, Azərbaycanın bütün regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərində “Azərişıq” tərəfindən bu texnologiyaların tətbiqi nəzərdə tutulur.

“3D mobil xəritə” sistemi ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edildiyindən, ərazilərin bu texnologiya ilə əldə olunmuş məlumatlarının gələcəkdə digər kommunal qurumlar üçün də istifadəsi əlverişli olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərişıq onlayn rejimə keçir

10-09-2015

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021

Azərişıq-ın bütün xidmətləri mobil telefonunuzda

17-05-2016

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021

Smart kartların balansını mobil tətbiqlə artırmaq mümkün olacaq

28-02-2020

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib

11-08-2020

Elektrik enerjisi istifadəçilərinin abunə kodları dəyişdirilir

09-06-2015

“GoMap elektron xəritə” xidmətindən 1844 dəfə istifadə edilib

08-06-2015

Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

16-03-2021

Mobil proqramla taksi sifariş edə biləcəksiniz

04-05-2015

Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

10-08-2018

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021

Azərkosmosun xəritəsi “Esri Map Book” nəşrinə daxil edilib

18-07-2025

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

Azərişıq Qurban bayramında növbətçilik sistemi tətbiq edəcək

17-08-2018

İstirahət mövsümü ilə əlaqədar “GoMap elektron xəritə” xidmətinin əhəmiyyəti artır

03-06-2015

“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

06-05-2015

MilliNet 2017-də Nominant statusu alan mobil tətbiqlər

13-12-2017

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

19-04-2021

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə