Previous Next
Bağla

Azercell “Yeni il arzuları”nı gerçəkləşdirəcək

22-12-2010 08:52
Azercell “Yeni il arzuları”nı gerçəkləşdirəcək

Yeni il bayramının gəlişini ən çox uşaqlar istəyirlər. Bu bayramda körpələr Şaxta Babadan müxtəlif hədiyyələr diləyir, həvəslə sürprizlərin yolunu gözləyirlər. “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə bəzədilən yeni il ağacları valideyn himayəsindən məhrum olan uşaqların “Yeni il arzuları”nı gerçəkləşdirmək niyyətindədir.

Bu il ilk dəfə uşaq evlərində yaşayan balalar üçün  keçirilən “Onlar da hədiyyə gözləyirlər...” layihəsinin unikallığı ondadır ki, istənilən şəxs bu uşaqların bayramına öz əvəzsiz töhfəsini verə bilər. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hədiyyələr  hal-hazırda “Park Bulvar” alış-veriş mərkəzinin birinci və ikinci mərtəbəsində yerləşdirilən 3 şam ağacından asılıb və ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdiriblər.

Beləliklə də, istənilən şəxs bir və ya bir neçə hədiyyəni alıb onu arzulayan uşağın özünə təqdim etmək imkanı əldə edir. Hədiyyələrin təqdim edilməsi üçün “Azercell Telekom”-un dəstəyi ilə dekabrın 28-də “Landmark”ın Rotunda zalında bir neçə uşaq evinin sakinləri üçün yeni il şənliyi keçirəcək. Mərasimdə uşaqlara “Onlar da hədiyyə gözləyirlər...” layihəsi çərçivəsində arzuladıqları hədiyyələr paylanılacaq.
Bu təşəbbüsün məqsədi ana və ata qayğısından məhrum olmuş uşaqları məhz özlərinin istədiyi hədiyyələrlə sevindirmək və onlar üçün Yeni il bayramını unudulmaz bir şənliyə çevirməkdən ibarətdir.
 “Onlar da hədiyyə gözləyirlər...” 26 dekabr 2010-cu il tarixinə qədər keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell”in “Onlar da hədiyyə gözləyirlər” layihəsi yekunlaşdı

29-12-2010

Nar Mobile xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirib

18-03-2011

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

“Azercell” Sim Sim abonentlərinə yeni kampaniya təqdim edir

12-02-2009

Azercell-dən uşaqlara hədiyyə-Foto

02-06-2017

Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

01-06-2018

“Azercell Könüllüləri” və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirdi

29-12-2020

Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

18-03-2026

Azercell Telecom yeni kampaniyaya start verib

02-05-2009

Bölgələrdə yaşayan uşaqları sevindirmək istəyənlərin nəzərinə

15-12-2017

Azercell uşaqları və məcburi köçkünləri sevindirib

27-08-2019

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018

Uşaqlar üçün Messenger Proqramı çıxdı.

10-03-2009

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

«Gəlin Birgə oxuyaq» adlı kitab aksiyasına start verildi

22-09-2009

Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

25-05-2023

«Azercell» Ramazan bayramı münasibətilə yeni kampaniya keçirir

11-09-2010

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019

Azercell-in “NLT Telekom”la birgə keçirdiyi kampaniyaya dəyişiklik edilib

23-09-2011

SimSim 10 il – Ailəmizin bayramı kampaniyasının qalibləri müəyyənləşdi!

23-12-2008

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

03-06-2020

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan

14-12-2019

Azercell Soyuq Əllər, İsti Ürək xeyriyyə yarmarkasına dəstək verir

17-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə