Previous Next
Bağla

“Azercell Könüllüləri” və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirdi

29-12-2020 16:26
“Azercell Könüllüləri” və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirdi

Qayğıya ehtiyacı olan Gəncə və Bərdə sakinləri, şəhid və qazı ailələrinin övladlarına bayram hədiyyələri çatdırıldı.

Xeberler.az bildirir ki, bu il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni ilin gəlişini xalqımız xüsusi sevinc və fərəh hissi ilə qeyd edəcək! Bu bayramlara sevinmək isə hər bir azərbaycanlının, xüsusilə də uşaqlarımızın haqqıdır. Məhz buna görə, “Azercell Könüllüləri” xeyriyyə təşkilatı ölkəmiz üçün sınaq və qürur dövrü olan son aylar ərzində həm böyük qəhrəmanlıq göstərmiş, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrin övladlarına xüsusi qayğı ilə yanaşaraq, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının təşkilati dəstəyilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə körpələrimizin ürəklərini sevindirəcək bayram aksiyasına start verdi.

Xüsusi əhəmiyyət kəsb edən məqam lider mobil operatorun öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupunun sosial çağırışının bu dəfə hər kəs üçün açıq olması idi ki, bu da istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimizin bu təşəbbüsə öz qatqısını verə bilməsi ilə nəticələndi. Bir aya yaxın müddət ərzində “Azercell Könüllüləri” qrupunun Facebook səhifəsi vasitəsilə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlı uşaqların, eləcə də Bakı və Gəncədə yerləşən “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin siyahısı izləyicilərin ixtiyarına verildi. Hər bir uşağın Yeni İldə almaq istədiyi özəl hədiyyənin əks olunduğu siyahıdan bu təşəbbüsə qoşulmaq istəyən hər kəs istər arzu olunan hədiyyəni seçib almaqla, istərsə də, səhifədə dərc edilən bank rekvizitləri vasitəsilə ianə etməklə öz dəstəyini göstərə bildi. Qeyd edək ki, Azercell-in texniki tərəfdaşı olan Ericsson şirkətinin əməkdaşları da bu bayramqabağı xeyriyyə aksiyasının gerçəkləşməsində öz əhəmiyyətli qatqılarını əsirgəmədilər. Nəhayət, böyük qayğı ilə toplanılan bütün hədiyyələr 28 dekabr tarixində “Azercell Könüllüləri” tərəfindən uşaqlara çatdırıldı.

Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız, eləcə də qazilərimizin övladlarının da hədiyyə arzuları toplanılaraq Bakı və bölgələr boyu yüzlərlə uşağın evinə bayram sevinci gətirdi.

“Azercell Könüllüləri” və Facebook vasitəsilə dəstək verən dostların bu sosial aksiyası nəticəsində ümumilikdə 500-dən artıq uşaq Yeni İl arzusunun gerçək olması səadətini yaşadı.

Cəmiyyətimizin döyünən ürəyi və ümidli gələcəyi olan əziz uşaqlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, onlara sülh və əminamanlıq, bütün arzularının yerinə yetməsini diləyirik!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell" Yeni il münasibətilə uşaqlara bayram sevinci yaşadıb

28-12-2022

Son bir ildə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

20-10-2021

“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb

30-12-2025

“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci

07-01-2025

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

“Azercell Könüllüləri” bayram günlərində xeyriyyə təşəbbüsü həyata keçirib

02-04-2025

“Azercell Könüllüləri” Yeni il münasibətilə iki yüzə yaxın uşağı sevindirib

30-12-2021

“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir

15-08-2024

Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

29-05-2020

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər

11-07-2023

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı

22-05-2020

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqların “Busuu” tətbiqinə çıxışını təmin edir

01-06-2020

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021

NRYTN birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirib

20-09-2021

“Azercell”in “Onlar da hədiyyə gözləyirlər” layihəsi yekunlaşdı

29-12-2010

Azercell “Yeni il arzuları”nı gerçəkləşdirəcək

22-12-2010

"Azercell" Qələbə münasibətilə abunəçilərinə internet hədiyyə edib

11-12-2020

Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib

11-09-2019

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir

16-05-2020

Azercell Qarabağ qazilərinin xidmətində!

18-03-2022

Azercell Könüllüləri xeyriyyə yarmarkası təşkil edib

19-03-2026

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

18-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə