Ötən ilin iyun ayında Azercell-in təşəbbüsü ilə fəaliyyətə başlayan “Qadın Qaynar Xətti” çətin həyat şəraitində olan və ya şiddətlə üzləşən qız və qadınlara günün istənilən vaxtında dəstək verir.
Xeberler.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, qaynar xəttin yarımillik hesabatına əsasən mərkəzə edilən müraciətlərin 50%-dən çoxu ailədaxili problemlər, psixoloji və fiziki zorakılıqla bağlı olub. Digər zənglər hüquqi yardım, ailimentlərin alınması, boşanma, sosial-maddi rifah, səhiyyə hüququ kimi məsələlər və sığınacaqla təmin olunma ilə əlaqədar olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyilə yaradılan mərkəz “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur.
“Ümidli Gələcək” İctimai Birliyinin xüsusi ixtisaslaşmış psixoloqları, sosial işçiləri və hüquqşünasları zəng edən xanımlara ilkin dəstək göstərir, zəruri hallarda müraciət müvafiq dövlət qurumlarına, icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və yerli QHT-lərə yönləndirilir. Statistikaya əsasən qaynar xəttə müraciət edən qadınların əksəriyyətinə psixoloji dəstək göstərilib, 23%-i hüquqi yardım ilə təmin edilib, 19%-i müvafiq qurumlara yönləndirilib və 6%-i sığınacaqla təmin olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri