Previous Next
Bağla

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020 16:49
Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

Xeberler.az bildirir ki, “Azercell Telekom” MMC-nin dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidməti pandemiya dövründə də gərgin işini davam etdirir. Bu ilin iyun ayında AUQX xidmətinə 555 zəng daxil olub.  Müraciətlərin əksəriyyəti təhsil sahəsi (273 zəng) ilə əlaqəli olub. Müraciət edənlərin 90-ı hüquqi, 65-i psixoloji məsələlərlə maraqlanıblar. Ümumilikdə, 36 müraciət səhiyyə, 35 sosial mövzular üzrə, 56 müraciət isə digər məsələlərlə əlaqəli olub. Zəng edənlərin 446-sı onları narahat edən məsələ ilə bağlı ilk dəfə olaraq Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət ediblər. Toplam müraciətlərin yalnız 109-u təkrarən daxil olub.

İyun ayında xidmətə müraciətlərin təxminən yarısı oğlanlar (280), yerdə qalanları qızlar (275 nəfər) tərəfindən olub. Yaş kateqoriyası üzrə bölgüyə görə zənglərin 452-si 18 yaşdan yuxarı, 103 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub. Zənglərin əksəriyyəti, daha dəqiq desək, 338-i Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin mobil nömrəsi, 182-si isə şəhər telefonu vasitəsilə daxil olub. Telefon zənglərindən əlavə, 35 müraciət SMS vasitəsilə qəbul edilib.

Mərkəz əməkdaşları qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar mütəmadi olaraq ailələr və onların uşaqları ilə görüşlər təşkil edirlər. İyun ayı ərzində 29 belə görüş keçirilib,  2 ailə Qaynar Xəttin əməkdaşları tərəfindən ziyarət edilib. Daxil olan müraciətlərlə bağlı aidiyyəti olan orqanlara 11 məktub göndərilib.

Qeyd edək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2010-cu ilin əvvəlində yaradılıb. Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan və ilk gündən “Azercell Telekom” MMC-nin dəstəyilə fəaliyyət göstərən bu qurum uşaq və yeniyetmələrə, eləcə də onların problemi ilə əlaqədar hər bir şəxsə sosial, psixoloji və hüquqi yardım edir. Bu illər ərzində xidmət mərkəzi uşaqların etimadını qazana bilib. Təkcə

2020-ci ilin yanvar - iyun ayları ərzində AUQX-nə 3174 müraciət daxil olub və onların heç biri diqqətdən kənarda qalmayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib

07-05-2020

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Qorxma, biz səninləyik!

05-10-2018

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə