“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

03-10-2024 / 15:15

“Azerconnect Group”un dəstəyi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib.

Dövlət və özəl sektordan 30-dan çox nümayəndənin qatıldığı tədbirdə süni intellekt və qabaqcıl texnologiyaların iqlim dəyişikliyinin qarşısının alınmasında artan rolu müzakirə edilib. Azərbaycanın COP29-a sədrliyi çərçivəsində keçirilən dəyirmi masada, həmçinin COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi haqqında məlumat verilib. Bildirilib ki, bu təşəbbüs İKT sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşmanı və emissiyaların azaldılmasını sürətləndirəcək, eyni zamanda, ekoloji təmiz rəqəmsal texnologiyalara əlçatanlığı artıracaq.

“Azerconnect Group”un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev tədbirdə çıxışı zamanı şirkətin ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi istiqamətində həyata keçirdiyi uğurlu layihə və təşəbbüslər barədə danışıb. Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə də süni intellekt iqlim dəyişikliyi ilə mübarizədə əsas alətə çevrilir və aktual ekoloji problemlərin həlli üçün innovativ yanaşmalar təklif edir. Vurğulanıb ki, “Azerconnect Group” süni intellekt əsaslı həlləri aktiv şəkildə tətbiq edərək resurslardan daha da səmərəli istifadəni, karbon izini azaltmağı və dayanıqlı inkişafa töhfə verməyi hədəfləyir.

Görüşün sonunda “Azərbaycanda dayanaqlılıq üçün süni intellekt və innovasiya” üzrə bəyannamə imzalanıb.

Qeyd edək ki, 30 sentyabr - 04 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib. Tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə