Azerconnect” şirkəti 22 İyul - Milli Mətbuat Günü münasibətilə Şamaxıda jurnalistlər üçün “Telekommunikasiyada müasir çağırışlar” mövzusunda ikigünlük seminar təşkil edib.
Şirkətdən bildiriblər ki, seminarın keçirilməsində əsas məqsəd telekommunikasiya sahəsində ölkəmizdə və dünyada baş verən yeniliklər və mövcud çağırışlar, Azərbaycanda telekommunikasiya operatorlarının fəaliyyətində tətbiq olunan innovasiyalar və inkişaf perspektivləri barədə media işçilərinin məlumatlılığını artırmaq olub.
“Azerconnect” şirkətinin marketinq üzrə Baş müdiri Müşfiq Əliyev, Korporativ kommunikasiya departamentinin rəhbəri Əlimərdan Sultanov, İnformasiya texnologiyaları və əsas şəbəkə üzrə aparıcı direktoru Pərviz İsmayılov mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edərək təqdimatlar ilə çıxış ediblər.
Çıxış edənlər “Azerconnect” şirkəti və onun telekommunikasiya sektorunda göstərdiyi xidmətlər, icra olunan layihələr, sözügedən sahədə dinamik dəyişikliklər, müasir çağırışlar, şirkətlərin və müştərilərin gözləntiləri, gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər.
Daha sonra media nümayəndələrinin çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparılıb.
Seminarda ümumilikdə ölkənin 30-a qədər aparıcı media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.
“Azerconnect” ölkənin dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir.
“Azerconnect” şirkəti “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupuna daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri