Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” bu il sentyabrın 15-dən 18-dək Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2023” beynəlxalq sərgi-konfransında iştirak edəcək.
Xeberler.az məlumat verir ki, “IBC 2023” beynəlxalq sərgi-konfransında iştirak üçün bu il 170-dən çox ölkədən 40 mindən çox nümayəndə artıq qeydiyyatdan keçib. Bu il sərgi çərçivəsində 13 zalda innovasiyaları əks etdirən stendlər qurulacaq.
“Oyun dəyişdirən yenilikləri kəşf edin” devizi altında keçirilən “IBC 2023” beynəlxalq sərgidə dünyanın aparıcı brendlərindən tutmuş sürətlə inkişaf edən startaplara qədər 1000-dən çox şirkət təmsil olunacaq. “IBC 2023”də dünyanın hər tərəfindən gəlmiş sərgi iştirakçıları və məruzəçilər yeniliklər nümayiş etdirəcəklər.
“IBC” sərgi-konfransı aparıcı İKT şirkətlərinin, kosmik agentliklərin, media və əyləncə sektorunun sənaye üçün gündəliyi tərtib və müəyyən etmək üçün toplaşdığı bir platformadır.
Qeyd edək ki, 2019-cu il 12-16 sentyabrda Amsterdamda keçirilmiş “IBC 2019” beynəlxalq sərgi-konfransı çərçivəsində “Azərkosmos” Afrika regionunda peyk üzərindən internet həlləri təklif edən “İntersat” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Azərkosmos” “Azerspace-2” peyki vasitəsilə bütün Afrika qitəsində etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edir. Bununla da “Azerspace-2” peyki Afrikanın ucqar bölgələrində rəqəmsal informasiyaya çıxışla bağlı problemin aradan qaldırılmasına öz töhfəsini verir.
Hazırda Azərbaycanın telekommunikasiya peykləri -“Azerspace-1” və “Azerspace-2” Afrika qitəsinin 2/3 hissəsinə internet xidməti göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri