Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” noyabrın 14-dən 16-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçiriləcək beynəlxalq telekommunikasiya sərgisi “AfricaCom 2023”də təmsil olunacaq.
Media, yayım, telekommunikasiya və əyləncə biznesinin aparıcı oyunçularını bir araya gətirən ən böyük qlobal tədbirlərdən biri olan “AfricaCom” sərgisində “Azərkosmos” xidmətləri və həlləri haqqında ən son yenilikləri təqdim edəcək.
Qeyd edək ki, “Africa Tech Festival” çərçivəsində keçirilən “AfricaCom 2023” sərgisində bu il 110 ölkədən 5400-dən çox şirkət və 1100-dən çox startap təmsil olunacaq. 400-dən çox spikerin çıxış edəcəyi tədbirə 15 mindən çox iştirakçının qatılacağı gözlənilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri