Previous Next
Bağla

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021 13:35
“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) nümayəndə heyəti 25-29 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edir.

Xeberler.az bildirir ki, Beynəlxalq Astronavtika Federasiyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və qlobal səviyyədə kosmik sahənin nümayəndələrini bir araya toplayan konqres bu il “Bəşəriyyət naminə addım ataq, yenilik edək və kəşf edək” mövzusuna həsr olunub. Bu mövzu ətrafında konqresə kosmik sahədə fəaliyyət göstərən ölkələrin hökumət rəsmiləri, dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat və inkişaf mərkəzlərinin nümayəndələri, astronavtika sahəsi üzrə elm adamları və kosmonavtlar qatılıblar.

“IAC 2023 Baku” və “Azərkosmos” stendləri ilə konqresdə təmsil olunan “Azərkosmos”un nümayəndə heyəti tədbir iştirakçılarına Azərbaycanın kosmik sənayesinin tarixi, ölkəmizdə həyata keçirilən kosmik proqramlar və peyklərin rolu barədə ətraflı məlumat verib.

Açılış mərasimində dünyanın aparıcı kosmik agentlikləri və inkişaf etməkdə olan ölkələrin bu sahədə təcrübəsi, onların inkişaf yolu, həmçinin dünya peyk sənayesində baş verən yeniliklər, tədqiqat və inkişaf üzrə innovativ texnologiyaların tətbiqində kiçikölçülü peyklərin istifadəsi və imkanları barədə panel çıxışları olub.

Panel çıxışlarında auditoriyaya ölkəmizin son 10 ildə kosmik sahədə əldə etdiyi nailiyyətlər, Azərbaycan Kosmik Agentliyinin fəaliyyəti, qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırılması, habelə telekommunikasiya və Yer müşahidəsi xidmətləri üzrə qurulan əməkdaşlıqların ölkəmiz üçün əhəmiyyətindən bəhs olunub.

Beynəlxalq Astronavtika Konqresi 70 illik tarixində ilk dəfə ərəb regionunda keçirilir. Konqres BƏƏ-nin Mars planetinə gediş-dönüş missiyaları, “Global Networking Forum” kimi maraqlı və zəngin proqramları ilə bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayacaq.

Tədbirin növbəti günlərində keçiriləcək plenar iclas və texniki sessiyalarda kosmik sahə üzrə süni intellektin istifadəsi, müasir peyk həlləri, elm və innovativ texnologiyaların əhəmiyyəti, insan kapitalının möhkəmləndirilməsi və həyata keçirilən təşəbbüslər haqqında fikir mübadiləsi aparılacaq. Builki konqres kosmik sahədə artıq öz sözünü demiş, habelə inkişaf etməkdə olan ölkələr arasında beynəlxalq əlaqələri gücləndirməklə kosmosun imkanlarını və yeni tendensiyalarını hər kəs üçün əlçatan və faydalı hala gətirmək üçün mühüm platformadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Kosmik Agentliyinin bu konqresdə təmsil olunması 2023-cü ildə Bakı şəhərinin ev sahibi olacağı 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinin sürətlə davam etdiyinin göstəricisidir.

 

Ölkəmizdə keçiriləcək konqres kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

15-06-2021

“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub

06-09-2023

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri Azərkosmosda olublar

18-08-2022

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

“Roskosmos”un rəhbəri Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

02-10-2023

Bakıda kosmik sahəyə aid elm müsabiqəsi keçiriləcək

05-12-2022

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024

Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb  

22-09-2022

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022

Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

04-11-2019

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə