Previous Next
Bağla

“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

15-06-2021 15:51
“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə “Azərkosmos”un nümayəndə heyəti Rusiyanın Sankt -Peterburq şəhərində Beynəlxalq Astronavtika Federasiyasının qlobal kosmik tədqiqat üzrə keçirilən “GLEX 2021” tədbirində iştirak edir.

Xeberler.az bildirir ki, tədbir kosmonavt Yuri Qaqarinin “bəşəriyyət üçün yeni bir dövr”ün başlanğıc simvolu sayılan kosmik uçuşunun 60-cı ildönümünə həsr olunub.

“GLEX 2021”də Azərbaycanın kosmik sənayesinin tarixindən, son 10 ildə ölkəmizin kosmik sahədəki fəaliyyətindən, o cümlədən mədəniyyət və tarixindən, turizm potensialından bəhs edən stend, təqdimat və video roliklər nümayiş olunur. Tədbirin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bu ilin aprel ayında cənab Prezident İlham Əliyevin imzaladığı Fərman əsasında yaradılan “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsi haqqında danışıb. Nazir bildirib ki, “Azərbaycan Respublikasının Kosmik Agentliyi”nin fəaliyyəti qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırılması, habelə telekommunikasiya və Yer müşahidəsi xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradacaq.

Daha sonra Rəşad Nəbiyev 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə, xüsusilə regionda kosmik sahənin inkişafına “yeni nəfəs” gətirəcəyinə əminliyini ifadə edib.

“GLEX 2021” platforması vasitəsilə beynəlxalq kosmik ictimaiyyət və tədbirin qonaqları 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə
dəvət olunub.

Qeyd edək ki, kosmik ictimaiyyəti bir araya gətirən “GLEX 2021” tədbirində Beynəlxalq Astronavtika Federasiyasına üzv olan dövlətlərin – Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Fransa, Norveç, Belçika, Polşa, Almaniya, İtaliya, Malayziya, Meksikanın kosmik agentlikləri, o cümlədən kosmik missiyaları həyata keçirən kosmonavtların iştirakı ilə plenar və silsilə sessiyalar keçirilir. Bu platforma ölkəmiz üçün kosmik sahə üzrə qlobal səviyyədə yeni əməkdaşlıqların, kosmosdan həm sülh, həm də kommersiya məqsədilə potensial tərəfdaşlarla qarşılıqlı işgüzar münasibətlərin qurulması baxımından geniş imkanlar yaradır.

“GLEX 2021” tədbiri kosmik sahə üzrə tədqiqatlar və yeni missiyalar mövzularını əhatə edən toplantılarla iyunun 18-nə qədər davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos” azərbaycanlı alimlər, elm adamları və tədqiqatçıları kosmik sahə üzrə müsabiqələrə dəvət edir

08-12-2020

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021

“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub

06-09-2023

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Azərkosmos Parisdə toplantıya qatılıb

26-03-2019

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

Avropa İttifaqı Şurasının Prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

19-07-2021

Azərkosmosun gənc mütəxəssisi “Launchpad” mentorluq proqramının qaliblərindən olub

23-02-2022

Nazir Rəşad Nəbiyev Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

02-10-2023

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

Kosmik Agentliyə sədr təyin edilib

16-06-2021

Bakıda kosmik sahəyə aid elm müsabiqəsi keçiriləcək

05-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə