“AZCON Holding”in şirkətlərindən olan “Azərkosmos” Londonda keçirilən “Strategies in Satellite Ground Segment 2025” (“SSGS 2025”) beynəlxalq konfransının mükafatlandırma mərasimində “İlin Ən Yaxşı Regional Operatoru və Xidmət Təchizatçısı” (“Regional Operator and Service Provider of the Year”) nominasiyası üzrə qalib seçilib.
“Azərkosmos”un beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi Azərbaycanın kosmik sənayesinin inkişafında atılan addımların, innovasiyaya və keyfiyyətə sadiqliyin göstəricisidir.
Qeyd edək ki, “SSGS 2025” mükafatları cəmi 7 əsas kateqoriya üzrə təqdim olunub və qaliblər qabaqcıl peyk operatorları və texnologiya şirkətləri arasından seçilib.
Bələliklə, il ərzində “Azərkosmos”un əldə etdiyi beynəlxalq mükafatların sayı üçə çatıb:
- World Teleport Association (WTA) – “Independent Teleport Operator of the Year” nominasiyası üzrə Finalist statusu.
- “BroadcastPro Manufacturer Awards 2025” – “Best VSAT Service Provider” nominasiyası üzrə qalib.
- “SSGS 2025” – “Regional Operator and Service Provider of the Year” nominasiyası üzrə qalib.
Bu mükafat təkcə “Azərkosmos”un deyil, həm də regionda peyk texnologiyalarının inkişaf potensialının tanınması baxımından mühüm əhəmiyyət kəsb edir. Qazanılan nailiyyət Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirməklə yanaşı, “Azərkosmos”un dayanıqlı, müştəri yönümlü rəqəmsal xidmət strategiyasına töhfə verir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları