“Azeronline” yeni loqosunu təqdim edir

01-12-2010 / 04:59

23-26 noyabr tarixlərində paytaxtımızda “BakuTel 2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi Konfransı keçirilmişdir.

Sərgi iştirakçılardan olan “Azeronline” şirkəti tədbirin ikinci günündə özünün yeni korporativ simasını da təqdim etmişdir. Çiçək şəklinə bənzədilən yeni loqo şirkətin gələcəyə baxışını, məqsəd və prioritetlərini vizual şəkildə təsvir edir. Çiçəyin hər ləçəyində “Azeronline” şirkətinin təqdim etdiyi xidmətlərin üstünlüyünü ifadə edən şüarlar yer alıb. Müştərilərini sürətli və keyfiyyətli İnternetlə təmin edən “Azeronline” şirkəti sabit və güvənli xidmət göstərir. Hər bir istifadəçinin rahat və sərfəli şəkildə İnternetə çıxışını təmin edən “Azeronline” inkişafdan da qalmır. İşini daim təkmilləşdirən, fəaliyyətində son texnoloji nailiyyətlərini tətbiq edən şirkət həm əhatə dairəsini, həm də təqdim etdiyi xidmətlərin dairəsini genişləndirmək niyyətindədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə