Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində “Azərpoçt” Dövlət Müəssisəsi tərəfindən korporativ informasiya şəbəkəsinin tətbiqi bu ilin sonunda başa çatacaq.
Sistem müxtəlif modullardan ibarətdir və artıq birinci modul (avtomatik mühasibat uçotunun hazırlanması) çərçivəsində Bakının 100-dən çox poçt şöbəsi sistemə qoşulub.
İkinci modul (pul köçürmələri) üzrə işlər artıq başa çatdırılmışdır. Hazırda poçt xidmətləri üzrə üçüncü modulun tətbiqinə başlanılıb.
Sistemin tətbiqindən sonra “Azərpoçt” DM paytaxtda və regionlarda bank maliyyə xidmətləri göstərəcək.
Azərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin qiyməti 17,5 milyon dollardır. Dünya Bankı bu layihə üçün 12,25 milyon dollarlıq kredit ayırıb. Qalan hissə isə Azərbaycan hökumətinin payına düşür.
Layihənin məqsədi maliyyə xidmətlərinin həyata keçirilməsi üçün poçt şəbəkəsinin təkmilləşdirilməsidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri