Milli poçt operatoru fəaliyyət sahəsini inkişaf etdirmək üçün mütəmadi olaraq yeni əməkdaşlıqlar qurur. Bu dəfə qurumun nümayəndə heyəti beynəlxalq təcrübəni öyrənmək və yenilikləri tətbiq etmək məqsədilə Çin Xalq Respublikasına səfər edib. Çin Poçt Qrupu ilə təşkil olunan görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Elgün Rəsulov, İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Topalov, qarşı tərəfdən isə Çin Poçt Qrupunun Vitse-prezidenti Wen Shaoqi, Bağlama, Ekspres və Logistika Biznes bölməsinin idarəedici direktor müavini Lin Zeijan və digər nümayəndələr iştirak edib.
Xeberler.az bildirir ki, görüşdə beynəlxalq daşıma mexanizmləri, poçt sahəsindəki yeniliklər, daşıma zəncirinin inkişafı mərhələləri və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün davamı Dövlət Poçt Bürosunun baş direktorunun müavini cənab Liu Jun və digər rəhbər şəxslərin iştirakı ilə Çin Xalq Respublikasının Dövlət Poçt Bürosunda keçirilib.
Qurulan əməkdaşlıqla poçt işinin təkmilləşdirilməsi məqsədilə növbəti addımların atılacağı barəsində razılığa gəlinib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri