“Azərpoçt”un xalis mənfəəti açıqlanıb

25-01-2024 / 12:17

“Azərpoçt” ötən il 4,6 milyon manat xalis mənfəət əldə edib.

Xeberler.az xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin təşəbbüsü ilə keçirilən “2023-Hesabat” tədbirində MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev deyib.

O bildirib ki, ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin əməliyyat mənfəəti (EBİTDA) 11,5 milyon manat, xalis mənfəəti isə 4,6 milyon manat təşkil edib.

 “Ötən il ərzində Cəmiyyətin həm gəlirləri, həm də xərcləri təxminən 10% artaraq, müvafiq olaraq 72,3 milyon manata və 67,5 milyon manata çatıb.

Xərclərin artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşüb. Bu da 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı ilə bağlıdır", - deyə o qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə