Previous Next
Bağla

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019 14:26
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

Xeberler.az bildirir ki, Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dünya üzrə tanınmış şirkətlərlə tərəfdaşlıq əlaqələrini genişləndirir.

Ölkənin telekommunikasiya sektorunda artıq 10 ildən çoxdur fəaliyyət göstərən və
Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən AzerTelecom şirkəti İKT sektorunun qlobal iştirakçılarından biri olan tanınmış Microsoft şirkətinin rəsmi tərəfdaşı olub.

Microsoft şirkəti ilə tərəfdaşlıq AzerTelecom tərəfindən korporativ sektorda müştərilərə ən müxtəlif İT xidmətlərin, məhsul və qabaqcıl həllərin təqdim edilməsinə şərait yaradır. Bu tərəfdaşlıq imkan verir ki, AzerTelecom öz müştərilərinə “Azure” (bulud üzərindən həllər), “Microsoft 365” (korporativ müştərilər üçün zəruri məhsullar toplusu), “Microsoft Windows” (Server və User)
məhsulu, Vahid Ünsiyyət – Microsoft Teams (Unified Communication), “Office 365” (İstifafdəçilər üçün müxtəlif iş alətləri) və s. məhsul və həlləri təqdim etsin.

Qeyd edək ki, həmçinin Microsoft şirkətinin Server Node avadanlığı AzerTelecom şirkətinin Data Mərkəzində də yerləşdirilib. Müvafiq avadanlığın AzerTelecom şirkətinin Data Mərkəzində yerləşdirilməsi Microsoft korporasiyasının proqram təminatının yeniləmələrinin burada cəmlənərək müştərilərə çatdırılmasını təhlükəsiz, sürətli və fasiləsiz həyata keçirir.

Bu zaman müştərilər proqram təminatını mütəmadi yeniləyərkən Avropada və ABŞ-da yerləşən serverlərdən deyil, məhzAzərbaycandakı xüsusi təhlükəsizlik tələblərinə cavab verən və Microsoft-un Data Mərkəzləri ilə sinxronlaşdırılan serverlərdən daha sürətli əldə edə biləcəklər. AzerTelecom şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib.

Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. AzerTelecom hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.

Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır. Microsoft (Nasdaq “MSFT” @microsoft) intellektual bulud və ağıllı texnologiyalar erasında rəqəmsal transformasiya üçün şərait yaradır. Onun missiyası daha böyük nailiyyətlər üçün hər bir insanın və hər bir təşkilatın imkanlarını genişləndirməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019
AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019
AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019
AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019
Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019
Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020
Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019
AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

23-04-2020
AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019
Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019
“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna  töhfəsi müzakirə olunub

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020
AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə