Previous Next
Bağla

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019 15:23
AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev Bakıda keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda AzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı, bu proqramın ölkənin İKT sektorunun dayanıqlı inkişafı, rəqəmsallaşma üçün yaradacağı imkanlar, eləcə də müasir şəraitdə rəqəmsal transformasiya prosesləri barəsində danışıb.

Xeberler.az bildirir ki, forum çərçivəsində təşkil olunmuş, İKT, nəqliyyat və logostika mövzularına həsr olunmuş “Əlaqələndiricilik” (Connectivity) panelində məruzəçi qismində çıxış edən Fuad Allahverdiyev AzerTelecom şirkətinin artıq 10 ildən çoxdur ki, ölkənin İKT sektorunda fəaliyyət göstərdiyini, hazırda şirkətin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Digital HUB” proqramını icra etdiyini qeyd edib. O bildirib ki, “Digital HUB” proqramı ölkədə İKT sahəsində dayanıqlı infrastruktur quruculuğuna, telekommunikasiya sektorunun inkişafına, Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına, əlaqələndiricilik istiqamətində layihələrin icrasına və nəticədə ölkəmizin Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsinə istiqamətlənib.

Fuad Allahverdiyev proqram çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzərin dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə fiber-optik kabelin çəkilməsi üzrə Transxəzər magistralı layihəsinin icra ediliyini, bunun üçün iki dövlət arasında müvafiq dövlətlərarası sazişin imzalandığını və təsdiq olunduğunu qeyd edib. O “Digital HUB” proqramının ölkənin İKT sektoru ilə yanaşı qeyri-neft sektorunun digər sahələrinin də inkişafına mühüm töhfə verəcəyini, Avropa və Amerika kontentinin bura gətirilməsi və Asiyaya daşınmasına şərait yaradacağını, yeni iş yerlərinin formalaşması, qlobal İKT şirkətlərinin Azərbaycana cəlb edilməsinə səbəb olacağını, innovasiyaların tətbiqi üçün mühüm təməl olacağını qeyd edib.

Qeyd edək ki, iyunun 13-də keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019
AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019
Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019
Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019
Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021
AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019
Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna  töhfəsi müzakirə olunub

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020
Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020
AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019
Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə