Previous Next
Bağla

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019 18:03
AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom dünya üzrə tanınmış və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər olan “Trend Micro”, “Symantec”, “ESET”, “Quest” və “One İdentity” şirkətlərinin rəsmi tərəfdaşı statusunu əldə edib.

Xeberler.az  bildirir ki, qeyd olunan tanınmış şirkətlərlə tərəfadaşlıq AzerTelecom şirkətinin korporativ müştərilərə kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində həllərin təqdim olunmasına şərait yaradır. Bu qlobal şirkətlərlə tərəfdaşlıq imkan verir ki, AzerTelecom onların təqdim etdiyi qabaqcıl kibertəhlükəsizlik həlləri ilə korporativ müştərilərin sistemlərini, şəbəkə və proqram təminatlarını müxtəlif rəqəmsal hücumlardan qorusun və beləliklə də müştərilərin biznesinin daha təhlükəsiz və etibarlı şəkildə fəaliyyətinə öz töhfəsini versin.

Hazırda dünya üzrə informasiya təhlkəsizliyi məsələlərinə mühüm diqqətin göstərilməsi fonunda AzerTelecom şirkəti kibertəhlükəsizliyin təmin edilməsi sahəsində müştərilərə keyfiyyətli həllərin və ən son yanaşmaların təqdim olunmasını öz fəaliyyətində əsas tutur. Belə ki, dövrümüzdə effektiv təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi xüsusilə çətinləşir, çünki hər gün müxtəlif cihaz və hücum platformaları daha da təkmilləşir. AzerTelecom tərəfindən təqdim olunan həllər şirkətlərə təhlükəsizlik sahəsində qarşılaşdıqları çağırışlara dövrün tələblərinə uyğun effektiv cavab verməyə imkan verir.

Onu da qeyd edək ki, AzerTelecom şirkətinin Kommersiya departamentinin əməkdaşları kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış təlimlərdə də iştirak edərək müvafiq sertifikatlara yiyələniblər. AzerTelecom şirkəti Azərbaycanın ilk mobil operatoru Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. AzerTelecom hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019
Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019
AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019
Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019
AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

23-04-2020
AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020
AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019
AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019
Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019
AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
AzerTelecom müasir xidmətlər təqdim edir

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018
AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
AzerTelecom şirkətindən SİP telefoniya xidməti

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018
 AzerTelecom Karyera sərgisində iştirak edib

AzerTelecom Karyera sərgisində iştirak edib

02-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə