Previous Next
Bağla

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019 09:49
Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin Baş direktoru Fuad Allahverdiyev Bakıda keçirilmiş “StartupFest 2019” beynəlxalq festivalının rəsmi açılış mərasimində çıxış edib.

“Biznes sektorunda rəqəmsal transformasiya: İmkanlar və çətinliklər” adlı panel müzakirəsində çıxış edən Fuad Allahverdiyev özəl sektorda rəqəmsal transformasiya proseslərinin aparılması imkanları, xüsusilə ölkədə rəqəmsallaşma proseslərinə, startupların inkişafına “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramının təsirləri barəsində danışıb.

Bildirilib ki, “Digital Hub” Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra edilən və 3 mühüm fazadan ibarət olan proqramdır və əsas məqsədi ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğu, Bakının internet mübadilə mərkəzinə (IXP) çevrilməsi, ölkədə iri regional Data mərkəzin qurulması və son nəticədə rəqəmsal ekosistemin formalaşmasıdır. Proqram çərçivəsində iri infrastruktur layihələrindən danışan Fuad Allahverdiyev hazırda Xəzər dənizinin dibi ilə Azərbaycan və Qazaxıstan arasında TransXəzər Fiber Optik kabel xəttinin (TransCaspain Fiber Optic – TCFO) çəkilişi, bununla Avropa ilə Asiya arasında məhz Azərbaycandan keçəcək Rəqəmsal İpək Yolunun (Digital Silk Way) formalaşması və bu layihənin Azərbaycan, ümumilikdə isə regionun inkişafına verəcəyi imkanlardan bəhs edib. Fuad Allahverdiyev “Digital Hub” proqramının iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyat quruculuğu proseslərinə töhfə verəcəyini bildirib. O ölkəmizdə startupların gələcək inkişafında “Digital Hub” proqramının roluna toxunub və qeyd edib ki, proqram ən müxtəlif fazalarının icrası yeni startupların formalaşmasına və ümumilikdə startup eksositeminin inkişafına öz müsbət təsirini də göstərəcəkdir.

Qeyd edək ki, “AzerTelecom” şirkəti həmçinin “StartupFest2019” tədbirinə sponsor qismində dəstək olub. Bir neçə panel sessiyasından ibarət tədbirin biznes sektorunda rəqəmsal transformasiyaya həsr olunmuş ikinci sessiyası “AzerTelecom” şirkətinin strategiya üzrə müşaviri Azər Bayramovun moderatorluğu ilə keçirilib.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

“AzerTelecom” – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019
AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019
AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019
AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019
Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019
AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna  töhfəsi müzakirə olunub

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020
“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019
Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020
AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019
Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019
AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə