Previous Next
Bağla

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019 08:52
Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital HUB” proqramı və proqram çərçivəsində həyata keçirilən Transxəzər magistralı layihəsi xarici mətbuatın diqqətindədir.

Xeberler.az bildirir ki, transxəzər magistralı layihəsi ilə bağlı Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası sazişin imzalanması və hər iki dövlət tərəfindən təsdiqlənməsi barədə xəbər Çinin Hong Kong şəhərində fəalliyyət göstərən və bu ölkənin qlobal “Bir Kəmər Bir Yol Təşəbbüsü” layihəsi barədə xəbər, təhlil, müxtəlif baxış bucaqlarının təqdim olunduğu “Belt and Road News” portalında verilib.

Məlumatda Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabelin çəkilməsini nəzərdə tutan dövlətlərarası sazişin Qazaxıstan hökuməti, daha öncə isə Azərbaycan Respublikası tərəfindən təsdiq edildiyi, layihənin Azərbaycan tərəfdən ölkənin ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan "AzerTelecom" şirkəti, Qazaxıstan tərəfdən isə telekommunikasiya operatorları olan "Transtelecom" və "KazTransCom" şirkətləri tərəfindən icra edildiyi qeyd olunur.

Bildirilir ki, layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması, Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir. Layihənin Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative" (BRI) layihəsinə də öz töhfəsini verəcəyi və Azərbaycanı "Belt and Road Initiative" (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevriləcəyi qeyd olunur.

“Digital HUB” proqramına hazırda Asiya regionunun böyük dövlətləri tərəfindən mühüm maraq vardır. Bu yaxınlarda Çinin paytaxtı Pekin şəhərində keçirilmiş “Bir Kəmər Bir Yol” 2-ci Beynəlxalq Forumu çərçivəsində “AzerTelecom” və Çinin telekommunikasiya nəhəngi “China Telecom” arasında bağlanmış Əməkdaşlıq barədə Memorandum da Çin şirkətlərinin bu layihəyə marağını göstərir.

Qeyd edək ki, “Digital HUB” proqramı özündə Azərbaycanın Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevrilməsi, ölkədə milli rəqəmsal ekosistemin, innovasiya mühitinin inkişafını nəzərdə tutur.

Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019
AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019
AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019
Azərbaycan rəqəmsal tranzit mərkəzinə çevrilə bilər

Azərbaycan rəqəmsal tranzit mərkəzinə çevrilə bilər

30-05-2019
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019
Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020
AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019
Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019
Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019
AzerTelecom Azerbaijan Digital Hub proqramını icra edir

AzerTelecom Azerbaijan Digital Hub proqramını icra edir

24-01-2019
“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022
Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019
“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə