“AzInTelecom” IX Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

20-11-2025 / 09:50

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 19-20 noyabrda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda (BBF) əsas tərəfdaş olaraq iştirak edib.

Xeberler.az bildirir ki, forum məkanında “AzInTelecom”un stendi qurulub, şirkətin maliyyə sektoru üçün nəzərdə tutulmuş məhsul və xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bankların rəqəmsal inkişafını dəstəkləyən və onlara unikal üstünlüklər qazandıran innovativ həllər nümayiş etdirilib.

Tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Ənənəvidən rəqəmsala: SİMA vasitəsilə bank xidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda çıxış edərək bildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatları bir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanı əldə ediblər.

Qeyd edək ki, “AzInTelecom”un təqdim etdiyi rəqəmsal həllərdən artıq Azərbaycanda 16 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasında istifadə edir. Bura filiallara getmədən kredit müqavilələrinin imzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, əmanət yerləşdirilməsi, hesab açılması və s. kimi əməliyyatların məsafədən həyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyə təşkilatları da avtorizasiya və imzalama proseslərini SİMA məhsulları sayəsində rəqəmsallaşdırıblar.

“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılan SİMA yeni nəsil rəqəmsal imza hüquqi baxımdan əl imzası ilə eyni qüvvəyə malikdir və maliyyə sektorunda iş proseslərini xeyli yüngülləşdirir. Vətəndaşlar isə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlərə ehtiyac olmadan yerinə yetirə bilirlər. SİMA rəqəmsal həllər platforması barədə daha ətraflı məlumatı sima.az saytından və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə