Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026 / 14:42

SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası təmin olunub.

Artıq sistemdə digər elektron imza vasitələri ilə yanaşı, “SİMA İmza”dan da istifadə etmək mümkündür. Belə ki, ipoteka krediti və ya satmaq öhdəliyi ilə kirayə mənzil almaq istəyən vətəndaşlar sistemə SİMA rəqəmsal imza ilə daxil olaraq, elektron kabinet yarada və bütün növ müqavilələri imzalaya bilərlər.

Qeyd edək ki, bu yenilik İpoteka və Kredit Zəmanət Fondunun “AzInTelecom” MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Sözügedən inteqrasiya vətəndaşlar üçün vaxt və əlavə xərclərin qarşısının alınması, göstərilən xidmətlərin səmərəliliyinin artırılması məqsədi daşıyır.

SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə