Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC “Yelo Bank” ilə əməkdaşlığı genişləndirib. “AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə “Yelo Bank” fərdi sahibkar müştərilərinə kredit verilməsi prosesi tam rəqəmsallaşdırılıb. Artıq bankın sahibkar müştəriləri “SİMA İmza”dan istifadə edərək kredit müqaviləsini rahatlıqla imzalaya bilərlər.
Xidmət çərçivəsində bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri isə “SİMA İmza” mobil tətbiqində öz sahibkar sertifikatı ilə QR kodu skan edib sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar həm növbə gözləmir, həm vaxtına qənaət edir, həm də kağız sənədlərlə iş prosesindən azad olur.
Qeyd edək ki, 2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan “Yelo Bank”ın mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyatdan keçmək, onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı da yaradılıb. SİMA yeni nəsil rəqəmsal imza ilə xidmət mərkəzlərindən asılılığa son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran və hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” biznes proseslərini sürətləndirir. Maliyyə əməliyyatları zamanı SİMA-nın üztanıma texnologiyası sayəsində təhlükəsizlik və etibarlılıq təmin edilir. Mobil tətbiqi yükləməklə əldə olunan SİMA yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları