Previous Next
Bağla

Avtomobillərin qiyməti dövlət qərarına uyğun tənzimləndi

13-12-2022 12:01
Avtomobillərin qiyməti dövlət qərarına uyğun tənzimləndi

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə, elektrik mühərrikli minik avtomobilləri mövcud 15% idxal rüsumundan azad edildi. Bu qərardan sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) quruma üzv şirkətlər arasında elektrik mühərrikli avtomobil satışını həyata keçirən rəsmi dilerlər ilə fikir mübadiləsi edib.

Ötən gün AADA-nın icraçı direktoru Eyyub Əliyev quruma müşahidəçi qismində qatılan “ONVOLT” şirkətinin sərgi-satış salonunu ziyarət edib.

Xatırladaq ki, “ONVOLT” şirkəti Çinin SKYWELL tam elektrik premium avtomobil istehsalçısının Azərbaycanda yeganə və rəsmi idxalçısıdır. AADA rəhbərliyi ilə söhbət zamanı “ONVOLT” MMC-nin direktor müavini Nəzmi İsmayılov salonlarında yalnız tam elektrik mühərrikli avtomobillərin satıldığını və bu avtomobillər üçün satış sonrası xidmətin ən müasir texnologiyalarla təchiz olunmuş “Motor House” texniki xidmət mərkəzində həyata keçirildiyini qeyd edib. Nəzmi İsmayılov sərgi-satış salonunun önündə 120 kVts-luq şarj terminalının yerləşdirildiyini və bu terminal vasitəsilə SKYWELL sürücülərinin pulsuz şarj etmə imkanı əldə etdiklərini sevindirici hal kimi vurğulayıb.

Şirkət rəsmisi Nazirlər Kabinetinin məlum Qərarından sonra satışda olan avtomobillərin qiymətlərini qərarın tələbinə uyğun tənzimlədiklərini də qeyd edib.

“Salondakı avtomobillərin qərardan öncə Azərbaycana gətirildiyinə baxmayaraq, biz dövlətimizin ətraf mühitin qorunmasına, ekoloji təmiz avtomobillərin təbliğinə olan bu qayğısına hörmət əlaməti olaraq, öncə gətirilən avtomobillərin də qiymətini müvafiq olaraq aşağı salınmasını təmin etdik. Ölkədə elektrik avtomobilləri üçün xüsusi qanunların qəbul olunduğunu və bu avtomobillərin əlçatanlığının təmin edilməsinin dövlətimizin prioritet məsələsi olduğunu SKYWELL istehsalçı zavoduna bildirdik. SKYWELL konserni öz növbəsində bu təklifimizi müsbət qarşılayaraq, avtomobillərin qiymətinin indiki qərara uyğun tənzimlənməsində bizə dəstək oldu. Hazırda təqdim edilən avtomobillərin qiymətləri qərardan əvvəlki qiymətlərdən fərqlənir və biz bu məlumatı qiymət lövhəsində müştərilərimizə göstəririk” - deyə Nəzmi İsmayılov məlumat verib.

AADA rəhbərliyi Nəzmi İsmayılova gördükləri işlərə görə təşəkkür edərək onlara gələcək işlərində uğurlar arzu edib.

Xatırladaq ki, “ONVOLT” MMC Azərbaycanda ilk və hələ ki yeganə elektrik avtomobilləri brendinin rəsmi idxalçısıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gələn ildən yeni avtomobil modelinin istehsalına başlayacaq

Azərbaycan gələn ildən yeni avtomobil modelinin istehsalına başlayacaq

11-11-2010
Azərbaycana elektromobil idxalı 8 dəfə artıb

Azərbaycana elektromobil idxalı 8 dəfə artıb

15-08-2023
“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

17-11-2010
Elektrikli avtomobillər təbii fəlakətlərdə xilaskar, yoxsa problemdir?

Elektrikli avtomobillər təbii fəlakətlərdə xilaskar, yoxsa problemdir?

14-11-2022
ABŞ uçan avtomobillərin istehsalına başlayır

ABŞ uçan avtomobillərin istehsalına başlayır

15-10-2010
Azərbaycan elektromobil idxalını 7 dəfədən çox artırıb

Azərbaycan elektromobil idxalını 7 dəfədən çox artırıb

14-07-2023
Azərbaycanda ilk dəfə elektrikli avtomobillərin sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə elektrikli avtomobillərin sərgisi keçiriləcək

02-03-2023
Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

04-10-2018
Azərbaycan elektromobil idxalını 9 dəfədən çox artırıb

Azərbaycan elektromobil idxalını 9 dəfədən çox artırıb

15-02-2023
İlin sonundan  uçan avtomobillər satışa çıxarılır

İlin sonundan uçan avtomobillər satışa çıxarılır

04-04-2012
Avtomobillərin dövlət nömrə nişanlarını kompüter tanıma sistemi yaradılıb

Avtomobillərin dövlət nömrə nişanlarını kompüter tanıma sistemi yaradılıb

17-01-2009
Ford smart avtomobillərə investisiya yatıracaq

Ford smart avtomobillərə investisiya yatıracaq

14-10-2015
Sürücüsüz taksilər ekologiyanı yaxşılaşdıracaq

Sürücüsüz taksilər ekologiyanı yaxşılaşdıracaq

07-07-2015
Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020
Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020
Google sürücüsüz avtomobillərin icarəsi üzrə şirkət yaradacaq

Google sürücüsüz avtomobillərin icarəsi üzrə şirkət yaradacaq

17-12-2015
Azərbaycan «Cip» avtomobilləri istehsal edəcək

Azərbaycan «Cip» avtomobilləri istehsal edəcək

29-10-2010
Bu avtomobil həm yeriyir, həm uçur, həm də üzür

Bu avtomobil həm yeriyir, həm uçur, həm də üzür

17-11-2010
Pandemiya fonunda avtomobillərin onlayn satışları artıb

Pandemiya fonunda avtomobillərin onlayn satışları artıb

23-11-2020
XPENG Brendi rəsmi olaraq artıq Azərbaycanda

XPENG Brendi rəsmi olaraq artıq Azərbaycanda

23-11-2023
  150 MacBook Pro gücünə malik prosessor təqdim olundu

150 MacBook Pro gücünə malik prosessor təqdim olundu

06-01-2016
Hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti artırılır

Hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti artırılır

18-11-2022
Avtomobillərin icbari sığortası internetlə satılacaq

Avtomobillərin icbari sığortası internetlə satılacaq

09-09-2016
Bakıda ilk rəsmi “Rolls-Royce motor cars” texniki servis mərkəzi açılıb

Bakıda ilk rəsmi “Rolls-Royce motor cars” texniki servis mərkəzi açılıb

13-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə