“Aztelekom” biznes və əməliyyatlara dəstək sistemlərini müasirləşdirir

30-05-2023 / 13:55

“Aztelekom” MMC müştəri təcrübələrinin yüksəldilməsi, həllərin çevikliyinin təmin edilməsi və bazara daha aktual xidmətlərin təqdim edilməsi məqsədilə 2022-ci ilin dekabr ayında “Suntech SA” Global OSS/BSS provayder şirkəti ilə müqavilə imzalayıb.

MMC-dən Xeberler.az-a bildirilib ki, müqavilə şərtlərinə əsasən, “Suntech SA” “Aztelekom” MMC üçün “BSS/OSS” (biznesə dəstək sistemi və əməliyyatlara dəstək sistemi) proqram təminatı yaradacaq.

Şirkət tərəfindən yaradılacaq “BSS” mövcud bilinq sistemini əvəz etməklə yanaşı, xidmət məntəqələri və çağrı mərkəzləri vasitəsilə daha operativ xidmətlərin təmin edilməsinə şərait yaradacaq.

“Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Fərid Salamov bildirib ki, “OSS” sistemi vasitəsilə əhatə dairəsinin genişləndirilməsi, planlaşdırma, layihələndirmə, avadanlıq və digər inventar sistemin idarə edilməsi daha çevik forma alacaq. Sahələrdə aparılacaq təmir və bərpa işlərinin məhsuldarlığı artacaq.

“Sistemin qurulmasında əsas məqsəd müştəri yönümlü xidmət mədəniyyətinin şirkətin proseslərində əks edilməsini təmin etməkdir. “BSS” sisteminin qurulması ilə yaradılacaq əlavə dəstəkləyici mexanizmlər vasitəsilə “Aztelekom” müştəriləri məhsullara və xidmət şərtlərinə daha çevik çıxış əldə edəcəklər”, – deyə F.Salamov əlavə edib.

Hər iki layihənin həyata keçirilməsi və şirkətin idarəetmə sisteminə inteqrasiyası nəticəsində bütövlükdə keyfiyyətin idarə edilməsi və istehlakçı təcrübəsinin yüksəldilməsinə nail olunacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə